İnsanlara hürriyət, millətlərə istiqlal!

İNQİLABLARIN BAHAR ADI

1193 07.01.2012 09:31 Dünya A A
Fransada, Almaniyada baş verən inqilablar “Xalqlar baharı” adlandırıldı. Ümumiyyətlə, Rusiya, İngiltərə və bir neçə ölkə istisna olmaqla bütün Avropada inqilablar baş verdi ki, buna da “Xalqlar baharı” adı verildi. Bu hadisələr yazda, baharda baş verdiyinə görə bu anlayış-"Xalqlar baharı" yaranıb. Sonradan Çexoslovakiyada 1969-cu il hadisələri də və bir çox başqa hadisələr də bu cür adlandırıldı. Sonradan bu ifadə həm də cəmiyyətlərin yenilənməsi, inqilabi dəyişikliklərin simvolu anlamına gəlib. Ona görə də qışda başlanmasına baxmayaraq, ərəb ölkələrində baş verən olaylara da “Ərəb baharı” adı verilib".
Xatırladaq ki, “ərəb baharı” ərəb ölkələrində baş verən etiraz dalğasına verilən addır. İlk belə inqilab 18 dekabrda Tunisdə başlayıb və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin bin Əlinin ölkəni tərk etməsi, onun qurduğu siyasi sistemin çökməsi ilə nəticələnib. Tunis inqilabından sonra Misir və Liviyada da diktator rejimlərinə son qoyulub. Yəmən, Suriya da isə nümayişlər dalğası hələ də davam edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR