İnsanlara hürriyət, millətlərə istiqlal!

İngiltərənin danışdığı sirli dəfn mərasimi: Tabut boş olub, zaldakı insanların... - FOTO

1278 10.03.2024 03:23 Dünya A A

Londonun tarixi kilsələrindən birində möhtəşəm dəfn mərasimi keçirməyə hazırlaşan keşiş Makhardi tabutun boş olduğunu və zalı dolduranların aktyor olduğunu anlayınca, mərasimi ləğv edib.

Londonun Cənubi Kensinqton rayonundakı London Oratory Roma Katolik kilsəsində saxta dəfn mərasimi təşkil olunub.

49 yaşlı Peder Rupert MakHardiyə cəsədin yeni il gecəsi itkin düşən və sonradan meyiti tapılan 23 yaşlı Lauris Zaubeyə aid olduğu bildirilib. Xütbəsini hazırlayıb xalatını geyinən keşiş ibadət üçün hazırlaşıb, lakin tabutun boş olduğunu görüb.

MakHardi dəfnin böyük bir uydurma olduğunu başa düşdükdə mərasimi ləğv edib.

O, dəfn mərasimini təşkil edən və gəncin qardaşı olduğunu iddia edən Klayd Zaubenin məhkum olunmuş cinayətkar olduğunu bildirib.

Müəmmalı dəfn mərasiminin arxasında nə baş verdiyi hələlik məlum deyil, lakin bu qəribə hadisə bu gün Britaniya mediasında böyük səs-küyə səbəb olub. (Publika.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR