Böyük Britaniyanın ölkəmizdəki fövqəladəvə səlahiyyətlisəfiri xanım Karol Krofts Beynəlxalq Mətbuat Günü münasibətilə ölkəmizin aparıcı media qurumlarının rəhbərlərini evinə qonaq çağırıb.
Görüşdə iştirak edən "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlu Musavat.com-a bildirib ki, görüşə Azərbaycan mediasının tanınmış simaları qatılıb.
Azərbaycan dilində danışan xanım Krofts dəvəti qəbul edərək onun evinə gələn, toplantıda iştirak edən jurnalistləri salamlayıb. Beynəlxalq Media Günü münasibətilə onları təbrik edib və medianın cəmiyyətdəki mühüm rolundan danışıb.
Musavat.com






