İnsanlara hürriyət, millətlərə istiqlal!

İngiltərə XİN başçısı - Əsədin bir sabah oyanıb bu işi daha görmək istəmədiyinə qərar verməsi əla olardı

1225 09.11.2015 01:10 Dünya A A


“Əsədi razı salacaq bir nəfər var o da Rusiya prezidenti Vladimir Putindir. Biz Rusiya ilə Suriya danışıqlarında yalnız Əsədin gələcəyi ilə bağlı məsələni razılaşdıra bilməmişik”. Bu sözləri İngiltərənin xarici işlər naziri Filip Hammond BBC-yə müsahibəsində deyib.

Filip Hammond rusiya sərnişin uçağının Misirdə qəzaya uğramasından da danışıb:“Çərşənbə axşamı təhlükəsizlik məqsədi ilə Misirin Şarm Əl Şeyx şəhəri ilə qarşılıqlı uçuşlarımız dayandırıldı. Bu səbəbdən Qırmızı dəniz sahillərində dincələn turistlərimiz problemlər yaşadı. Ancaq onların təhliyəsi sonradan bərpa olunub. Cümə günündən başlayaraq vətəndaşlarımız təhlükəsiz şəraitdə ölkəyə qayıdır. Bazar günü uçuşları da nəzərə alınsa, artıq Misirdən 5 min turist Birləşmiş Krallığa dönüb. Şarm Əl Şeyx hava limanının gücündən maksimum istifadə etməklə biz vətəndaşlarımızı təhlükəsiz şəkildə ölkəyə qaytara bilmişik”.

İngiltərəli uzmanlar Rusiya uçağının qəzaya uğraması səbəbləri ilə bağlı versiyalar irəli sürərkən bildiriblər ki, hava limanı, ya da karqo görəvliləri baqajlardan birinə bomba yerləşdirə bilər. Bu səbəbdən Türkiyə, Orta Doğu və Quzey Afrika hava limanlarından qalxan uçaqlara nəzarət gücləndirilməlidir. Bu haqda sualı cavablandıran İngiltərə xarici siyasət idarəsinin rəhbəri deyib ki, təhlükəsizlik məsələsi İngiltərə Nəqliyyat Nazirliyinin səlahiyyətlərinə daxildir və o inanır ki, qurum təhlükəsizlik tədbirlərinə xüsusi diqqət ayırır: “Böyük Britaniya İŞİD təhlükəsi olan bütün bölgələrə xüsusi həssaslıqla yanaşır”.

Hammond bidirib ki, İngiltərə Silahlı Qüvvələrinin Suriyadakı İŞİD terror hörgütünə qarşı hava hücumları həyata keçirməsi planının təsdiqi ilə bağlı bağlı parlament dinləmələri nəzərdə tutulduğu vaxt keçiriləcək: “Bu qərarın doğru olduğunu və hərəkətə keçmə zamanını gəldiyini düşündüyümüz vaxt planı parlament müzakirəsinə çıxaracağıq. İngiltərə 60 ölkənin təmsil olunduğu koalisiyanın bir parçasıdır. Əgər İŞİD-ə qarşı başarılı olmaq istəyiriksə, onu qəlbinin vurduğu yerdə, Suriyanın doğusunda bitirməliyik. Bununla bağlı təsirli planlar həyata keçirə bilmək üçün Suriyadakı geniş iç savaşa siyasi çözüm tapmalıyıq. Vyanada bu məsələ yenidən müzakirəyə çıxarılacaq. Bölgədə atəşkəs əldə edilməlidir. Suriyadakı leqal müxalif qrupları da əhatə edən bir siyasi dialoq yürüdülməlidir. Beləcə Suriyanın gələcəyinə inanan hər kəsi bir araya gətirərək İŞİD terrorçularına qarşı mübarizə apara bilərik”.

Xarici işlər naziri Suriya ilə bağlı bir çox məsələdə Rusiya ilə mövqelərin uzlaşdırğını da vurğulayıb: “Açığını deyim ki, Rusiya ilə uzlaşdıra bilmədiyimiz tək məsələ Bəşər Əsədin gələcəyidir. Biz, müttəfiqlərimizin çoxluğu, ortaqlarımız keçid dönəmində Bəşər Əsədin hakimiyyətdən getməsinin gərək olduğunu düşünsək də ruslar tərsini iddia edir. Onların fikrincə, Əsədin gələcək seçkilərdə namizəd olmasına da imkan yaradılmalıdır. Əsədin bir sabah oyanıb bu işi daha görmək istəmədiyinə qərar verməsi əla olardı. Əsədi buna razı salacaq bir nəfər var, o da Rusiya prezidenti Vladimir Putindir”.

Aygün Muradxanlı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR