İnsanlara hürriyət, millətlərə istiqlal!

İngiltərə Premyer Liqası: "Mançester Siti" "Saunthemptonu" darmadağın etdi, "Çelsi" ikinci pilləyə yüksəldi

869 05.11.2018 01:47 İdman A A

Bu gün İngiltərə Premyer Liqasının 11-ci turunun növbəti oyunları keçirilib.

Trend-in məlumatına görə, turnir cədvəlin liderlik edən "Mançester Siti" "Saunthempton"u qəbul edib. Oyun ev sahibinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qollar: V.Xudt (6-cı dəqiqə, avtoqol), S.Aquero (12-ci dəqiqə), D.Silva (18-ci dəqiqə), D.İnqs (30-cu dəqiqə, penalti), R.Sterlinq (45+2 və 67-ci dəqiqələr), L.Sane (90+1-ci dəqiqə).

"Mançester Siti" 29 xalla turnir cədvəlində liderliyini davam etdirir.

Turun digər maraqlı qarşılaşması Londonda keçirilib. "Çelsi" klubu "Kristal Pelas"ı qəbul edib. Oyun ev sahibinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qollar: A.Morata (32 və 65-ci dəqiqələr), E.Tausend (53-cü dəqiqə), Pedro (70-ci dəqiqə).

Beləliklə, "Çelsi" xallarının sayını 27-yə çatdıraraq turnir cədvəlində 2-ci yerə yüksəlib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR