İnsanlara hürriyət, millətlərə istiqlal!

İngiltərə mətbuatı: Səud kral ailəsində növbəti həbs – Vəliəhd şahzadə Biət Şurasını “diz çökdürmək” istəyir

1037 11.03.2020 17:47 Dünya A A

İngiltərənin “Middle East Eye” (MEE) xəbər saytının baş redaktoru baş redaktoru Devid Hörstin yazdığına görə, Səudiyyə Ərəbistanı kral ailəsində həbs olunan şahzadələrin sırasına daha biri əlavə olunub.

Avropa.info xəbər verir ki, Səudiyyə Ərəbistanı krallığı taxtına oturacaq vəliəhd şahzadəni müəyyən etmək vəzifəsini icra edən Biət Şurasının üzvü Məhəmməd bin Saad Əl Səud həbs olunub.

Bin Saadın kral Salmanın qardaşı oğlu, vəliəhd şahzadə Məhəmməd bin Salmanın əmisi oğlu olduğu bildirilir. Krallıq həbslərlə bağlı hələ açıqlama verməyib.

MEE-nin xəbərinə görə, Məhəmməd bin Salman noyabr ayında Səudiyyə Ərəbistanın qəbul edəcəyi G20 sammitindən əvvəl taxtda oturmağa hazırlaşır. Kral Salmanın səhhətinin getdikcə pisləşdiyi, Kralın taxtdan çəkilərək yerini oğlu vəliəhd şahzadə Məhəmməd bin Salmana verməsi halında Biət (Sədaqət) Şurasının bu prosesi təsdiqləməsi lazımdır. Məhz bu səbəbdən vəliəhd şahzadənin Şuranı “diz çökməyə” çalışdığı iddia edilir.

Saytın xəbərində Biət Şurasında təmsil olunan şəxslərin dördünün həbs olunduğu qeyd olunur.

Xatırladaq ki, Məhəmməd bin Saaddan əvvəl Məhəmməd bin Nayif, kral Salmanın qardaşı Əhməd bin Əbdüləziz (Şahzadə Əhməd) və Mitəb bin Abdulla həbs olunmuşdu.

Kralın vəziyyətinin ağır olduğunu yazan sayt krallığa yaxın mənbədən sitat gətirir:

“Kral Salmanın ətrafında baş verənləri dərk etmir, eyni cümlələri təkrar edir, dediklərini ya da ətrafında dediklərini unudur”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR