İnsanlara hürriyət, millətlərə istiqlal!

İngiltərə Futbol Assosiasiyası "Arsenal" klubunu cərimələyib

636 22.05.2018 21:48 İdman A A

İngiltərə Futbol Assosiasiyası "Arsenal" klubunu cərimələyib.

"Report"un qurumun saytına istinadən verdiyi məlumata görə, London təmsilçisi Premyer Liqanın XXXI turunda səfərdə "Lester"lə matçda baş verən hadisələrə görə 20 min funt sterlinq məbləğində cərimə olunub.

"Arsenal" futbolçuları sözügedən matçda qarşılaşmanın baş hakimi Qrem Skottun təyin etdiyi penaltiyə kəskin etiraz edib və onu əhatəyə alıblar.

Qeyd edək ki, "Lester" - "Arsenal" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR