Böyük Britaniya Azərbaycana özünün hərbçilərini göndərmək niyyətindədir. Yanvarın 22-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp ölkəsinin Azərbaycanla hərbi əlaqələrin inkişafında maraqlı olduğunu elan edib. Bu niyyət reallaşa bilərmi? Səfir minatəmizləmək adıyla deyib bu niyyəti. Amma ingilis hərbçilərinin minatəmizləyənlər adıyla Azərbaycana girməsindən yaxşı əsas ola bilməz. Bu planın baş tutacağı inandırıcıdırmı?
Bu, Rusiya tərəfindən necə qarşılanar? Azərbaycanın azad edilən torpaqları böyük güclərin poliqonuna çevrilə bilərmi? Fevralın 8-9-da isə Britaniyanın naziri Vendi Morton Azərbaycana gəldi. Onun ölkəmizə səfəri xeyli maraqla qarşılandı və təhlil edildi. Britaniya Vətən müharibəsində də Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dünya güclərindən oldu. İngiltərəni Azərbaycana bağlayan və regionu ona maraqlı edən nədir, nələrdir?
İlham Əliyev düşməndən azad etdiyi, işğaldan qurtardığı torpaqları bərpa edir, o torpaqlarda bayrağımızı qaldırır, amma onun bəzi siyasi opponentləri deyir, "Qarabağdan Azərbaycana təhlükə var", ya da hələ də iddia edirlər ki, iqtidar Qarabağı ruslara satdı və s. Bu mövqe nə dərəcədə ağıllı və doğru mövqedir? Bizim fikrimizcə, belə bir mövqe İlham Əliyevə qarşı deyil, bu birbaşa Azərbaycana, millətə qarşı olan mövqedi.
Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyanın Azərbaycanın rəsmi nümayəndəsi ilə görüşü haqda ötən həftəsonu xəbər yayıldı. Görüşdə Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Rüstəm Muradov və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan iştirak ediblər. Erməni tərəfi görüşdə “əsir və itkin düşmüş şəxslərlə bağlı məsələlərin müzakirə olunduğunu” bildirib, Azərbaycan tərəfdən görüşdə kimin iştirak etdiyini dəqiqləşdirməyib. Bu görüşün ardınca, Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən qətlə yetirilmiş 7 mülkü vətəndaşımızın dəfn olunduğu gizli məzarlığın yeri açıqlanıb - Şuşa ətrafında imiş...
Bu və digər sualların cavabını YAP-çı deputat Nəsib Məhəmməliyevlə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, paylaşa bilərsiz.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






