İnsanlara hürriyət, millətlərə istiqlal!

İngilis klubları üçüncü dəfə avrokubok finallarında qarşılaşacaqlar

1002 09.05.2019 09:15 Mənəviyyat A A

İngiltərə klubları tarixdə üçüncü dəfə avrokubokların final mərhələsində üz-üzə gələcəklər.

"Report" xəbər verir ki, cari mövsümdə Çempionlar Liqasının finalında "Liverpul" və "Tottenhem" klubları qarşılaşacaq.

Matç iyunun 1-də Madridin "Metropolitano" stadionunda keçiriləcək.

"Liverpul" yarımfinalda "Barselona"nı (0:3; 4:0), "Tottenhem" isə "Ayaks"ı (0:1; 3:2) mübarizədən kənarlaşdırıb.

Sonuncu dəfə belə bir hal 2008-ci ildə qeydə alınıb. Həmin vaxt Çempionlar Liqasının finalında "Mançester Yunayted" "Çelsi"ni oyunsonrası penalti zərbələri ilə məğlub edib — 1:1 (6:5). 1972-ci ildə isə UEFA Kubokunun finalında "Tottenhem" "Vulverhempton"u 2:1 hesabı ilə məğlub edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR