İnsanlara hürriyət, millətlərə istiqlal!

İndoneziya gənclər təşkilatları İƏGF Avrasiya Regional Mərkəzinin Rəbbanini müdafiə edən bəyanatını dəstəkləyib

349 26.12.2023 18:58 Siyasət A A

İndoneziya gənclər təşkilatları İƏGF Avrasiya Regional Mərkəzinin “CAGE” QHT-nin rəhbəri Məhəmməd Rəbbanini müdafiə edən bəyanatını dəstəkləyib.

İndoneziyanın aparıcı gənclər təşkilatını özündə birləşdirən İndoneziya Milli Gənclər Şurası İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) “CAGE” QHT-nin rəhbəri Məhəmməd Rəbbaninin Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisində Bakı Təşəbbüs Qrupu tərəfindən bu yaxınlarda təşkil olunmuş “Neokolonializm: İnsan Haqları, Sülh və Təhlükəsizlik” konfransına buraxılmamasını pisləyən bəyanatına dəstək olan bəyanatla çıxış edib.

İndoneziya gənclərinin bəyanatında uzun müddət insan haqlarının müdafiəsi uğrunda, eləcə də İslamofobiyaya qarşı mübarizə aparan M.Rəbbani ilə həmrəy olduğunu bildirib və onun bu sahədə apardığı fəaliyyətə yüksək dəyər verilib.

Sənəddə Fransa hökumətinin tələbi ilə İsveçrə polisinin onun səfərinin qanuni olmasına baxmayaraq saxlanılması, insan haqlarının fundamental prinsiplərinin pozulması və sözügedən konfransın məqsədi olan ideyaların azad mübadiləsinə və dialoqa maneə kimi xüsusi vurğulanıb.

Bəyanatda Fransa hökumətinə bu hadisənin hərtərəfli araşdırılması, başqa dövlətlərin daxili işlərinə qarışmaması, suverenlik və beynəlxalq əməkdaşlıq prinsiplərinə hörmət edilməsi və belə halların gələcəkdə baş verməməsi, xüsusilə, insan haqlarının və sülhün qorunması sahəsində çalışan şəxslər uçun hərəkət və ifadə azadlığının təmin edilməsi ilə bağlı çağırış edilib.

Bəyanatda eyni zamanda beynəlxalq təşkilatlara İƏGF Avrasiya Regional Mərkəzinin bu təşəbbüsünə və hüquq müdafiəçisi M.Rəbbaninin hüquqlarının qorunmasına dəstəklə bağlı çağırış edilib.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR