İnsanlara hürriyət, millətlərə istiqlal!

İmpiçment məhkəməsindən əvvəl Trampa qarşı ittiham aktı açıqlandı

403 03.02.2021 13:00 Dünya A A

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Senatda məhkəməsindən əvvəl Demokratlar tərəfindən hazırlanan iddianamədə 6 yanvarda Konqresə basqına görə birbaşa məsul olmaqda günahlandırılıb. 

Avropa.info xəbər verir ki, 1-i polis olmaqla 5 nəfərin öldüyü Konqresə basqınla bağlı "üsyan qaldırmaqda" günahlandırılan Trampın ittiham aktı ictimaiyyətə açıqlanıb. 

Amerikan mediasında sızan ittiham aktına görə, Tramp qanlı Konqres basqınında "kütləni üsyana təhrik etməkdə" və daha sonra yaşanan iğtişaşlara  görə "birbaşa cavabdeh" olmaqda günahlandırılır. 

Senatda keçirilən impiçment məhkəməsində Trampa qarşı prokuror kimi çıxış edəcək Demokrat vəkillər tərəfindən hazırlanan iddianamədə Trampın konstitusiyanı pozduğuna görə günahkar bilinməsi və vəzifəsindən azad edilməsi lazım olduğu iddia edilib. 

İttiham aktında, "Prezident Trampın hərəkəti ən açıq şəkildə qəbuledilməz elan edilməlidir. Onun hərəkətləri konstitusiya quruluşunu və müdafiə etdiyimiz əsas azadlıqları təhdid etdi", ifadələr daxil edilib.

Trampın impiçment məhkəməsinin təqviminə əsasən, keçmiş prezidentin vəkillərinin də ittiham aktına qarşı əks müdafiə hazırlayaraq, həftənin əvvəlinə kimi təqdim etmələri gözlənilir.  

Xatırladaq ki, Trampın "üsyana təşviq etməkdə" günahlandırıldığı impiçment maddəsi 14 yanvarda Nümayəndələr Palatasında qəbul edilib.

ABŞ Senatının Demokrat çoxluğunun lideri Chuck Schumer  Trampın Senatda məhkəmə prosesinin 8 fevralda başlayacağını açıqlayıb.  

Trampın məhkəmədən əvvəlki sənədlərlə bağlı bütün dəlilləri 8 fevrala qədər təqdim etməsini tələb edən təqvimə görə, vəzifəsindən azad edilməsi tələbi ilə Senatda keçiriləcək məhkəmə prosesi 9 fevralda başlayacaq. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR