İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Maskın hansı futbol klubunu almaq istədiyi məlum olub

727 08.01.2025 02:44 Dünya A A

Məşhur iş adamı İlon Maskın İngiltərənin "Liverpul" futbol klubunu almaq istədiyi məlum olub.

Oxu.Az "Times" radiosuna istinadən xəbər verir ki, bu barədə milyarderin atası Errol Mask məlumat verib.

"Bəli, o, "Liverpul"u almaq istəyir, lakin bu, o demək deyil ki alacaq. Onun nənəsi Liverpuldandır, ona görə də bizim orada çoxlu qohumlarımız var və biz şanslıyıq ki, "Bitlz" qrupunun üzvlərini tanıyırıq, çünki onlarla mənim ailə üzvlərimin bəziləri birlikdə böyüyüblər", - ata Mask bildirib.

Qeyd edək ki, hazırda İlon Maskın sərvəti 425.2 milyard dollar qiymətləndirilir.

"Liverpul" 19 oyundan 46 xal toplayıb və İngiltərə Premyer Liqasının turnir cədvəlində birinci yerdədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR