İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Maskdan Texas qubernatoruna mesaj: “Düz edirsən”

595 24.01.2024 14:32 Dünya A A

“SpaceX” və “Tesla”nın baş direktoru, milyarder İlon Mask ABŞ-ın Texas ştatının qubernatoru Qreq Ebbotun Amerikanın Meksika ilə sərhədini mərkəzi hakimiyyətin köməyi olmadan belə müdafiə etməyə hazır olması ideyasını dəstəkləyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, müvafiq yazı milyarderin X sosial şəbəkəsindəki səhifəsində yer alıb.

Ebbot öz hesabında Texas milli qvardiyasının fotolarını yerləşdirərək yazıb ki, milli qvardiya Meksika ilə sərhəddə yerləşən İql Pass şəhərində “müdafiə xəttini qorumaq”da davam edir.

Qubernator prezident Co Bayden olmasa belə, Texasın ABŞ-Meksika sərhədinin təhlükəsizliyini qoruyacağına söz verib.

Mask Ebbottun sözlərini şərh edərək yazıb: "Bu gözəldir".

Texas hakimiyyəti sərhəd təhlükəsizliyi tədbirləri ilə bağlı federal hakimiyyət orqanları ilə toqquşur. Texas iddia edir ki, dövlət sərhədi lazımi qaydada qorunmur və bu problem Amerika ərazisinə rekord sayda qeyri-qanuni immiqrantların daxil olmasına səbəb olub.

Bundan əvvəl Meksikadan ABŞ-a miqrant axınının gözlənildiyi bildirilirdi. Ebbot miqrantları avtobuslarla Nyu-York, Vaşinqton, Los-Anceles kimi iri şəhərlərə yola salması ilə də məşhurdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR