İnsanlara hürriyət, millətlərə istiqlal!

İlk milli "Wibty" sosial şəbəkəsi təqdim olundu - Fotolar

3034 19.07.2021 23:15 Texnologiya A A

İyulun 19-da ölkənin ilk milli sosial şəbəkəsi olan "Wibty"nin ictimaiyyətə təqdimetmə mərasimi olub.

Musavat.com bildirir ki, ilk olaraq iştirakçılara "Wibty" sosial şəbəkəsi haqda video çarx təqdim olunub. Daha sonra ölkənin ilk milli sosial şəbəkəsinin yaradıcıları olan Hüseynli Həmzə və Əlizamin Fərhadov "Wibty" və onun istifadəsi haqda geniş məlumat verib. Bildirilib ki, "Wibty" qlobal potensiallı milli sosial şəbəkədir:

"İnsanlar burada yazılar, şəkillər və videolar paylaşa bilər. Bizim mobil tətbiqetməmiz müasir tələbləri göz önünə alaraq, musiqi və sosial medianı birləşdirib. Bu günə qədər hazırlanan bütün mobil tətbiqetmələrdən fərqli olaraq, istifadəçilərin bir neçə tələblərini özündə cəmləyir. Əsas məqsədimiz musiqiçilərimizə dəstək vermək və Azərbaycanın sosial mediasını qurmaqdır. Bizim digər bütün sosial medialardan fərqimiz ondadır ki, istifadəçilərimiz həm musiqi dinləyə, həm sevdiyi sənətçilərə dəstək ola, həmdəki sosial mediamızda sosiallaşa və yeni dostlar qazana bilər. Bundan başqa, bütün bunlar üçün aylıq və ya bir dəfəlik ödəniş tələb olunmur".

Qeyd olunub ki, ilk milli sosial şəbəkəsində demək olar ki, hər şey musiqi üzərində qurulub:

"Ən özəl funksiyamız isə ondan ibarətdir ki, sosial şəbəkəmizdə qarşınızda xəritə açılır, xəritədə bütün dostlarını görə, onların harada hansı mahnını dinlədiyini görə bilirsiniz".

Daha sonra bildirilib ki, 19 iyuldan etibarən hər kəs qeydiyyatdan keçib, "Wibty" sosial şəbəkəsi istifadəçisi ola bilər:

"Bütün addımlarımız və yeniliklərimiz ilə biz dövrümüzün ən çılğın sosial şəbəkəsini qurduq. Bizi müşayiət edən insanlar zamanla uyğunlaşacaq və ilk milli sosial şəbəkənin həzzini yaşaya biləcəklər"


Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR