İnsanlara hürriyət, millətlərə istiqlal!

İlk dərs günü Quba polisi təhlükəsizliyi tam təmin edib (FOTO)

323 17.09.2019 00:28 Ölkə A A

Yeni dərs ilinin başlanması və təhsil müəssisələrində təhlükəsizliyin tam təmin olunması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən kütləvi tədbirlər tədbirlər zamanı RPŞ-nin əməkdaşları rayon ərazisində ictimai təhlükəsizliyin təmin olunmasında üzərlərinə düşən tapşırıqların icrasına tam məsuliyyətlə yanaşmaqla vəzifələrin öhdəsindən layiqincə gəliblər.

İlk dərs günü küçə və prospektlərə nəqliyyat axınının sıx olduğunu nəzərə alan polis əməkdaşları, təhsil ocaqlarının yerləşdiyi əraziləri nəzarətə götürərək mühafizəsini tam təmin ediblər. Bundan əlavə, piyada keçidlərində baş verə biləcək xoşagəlməz hadisələrinin qarşısını alınması istiqamətində şöbə əməkdaşları tərəfindən qabaqlayıcı təhlükəsizlik tədbirləri həyata keçirilib, məktəblərin qarşısında yarana biləcək süni tıxacların qarşısının alınması istiqamətində bütün zəruri tədbirlər görülüb.

Xidmətin aparılmasında hər hansı nöqsana yol verilməyib.

 

İlk dərs günü Quba polisi təhlükəsizliyi tam təmin edib (FOTO)

İlk dərs günü Quba polisi təhlükəsizliyi tam təmin edib (FOTO)

İlk dərs günü Quba polisi təhlükəsizliyi tam təmin edib (FOTO)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR