İnsanlara hürriyət, millətlərə istiqlal!

İlin ən yaxşıları mükafatlandırıldı - Tədbirdə dava düşdü (Fotolar)

4104 24.01.2018 01:33 Şou-biznes A A

"Azerbaijan Best Awards" (ABA) milli mükafatlandırma mərasimi baş tutub.

Musavat.com xəbər verir ki, Zirvə Ziyalılar Təşkilatının yaranmasının 26-cı ildönümü münasibəti ilə keçirilən tədbir saat 18:00-da başlayıb. İlk olaraq qonaqlar möhtəşəm qırmızı xalı şousunda iştirak edib. Daha sonra müğənni, aktyor-aktrisa, teleaparıcı, modelyer,  və idmançılar mükafatlandırılıb. Onlar arasında Firəngiz Mütəllimova, Məleykə Əsədova, Nazpəri Dostəliyeva, Faiq Ağayev, Tünzalə Ağayeva, Nura Suri, Xatirə İslam, Sevda Yahyayeva və başqaları olub.

Gecə qalmaqalsız ötüşməyib. Tədbir başlayandan sonra təşkilatçılar fotoqraflara səhnəyə yaxınlaşmağa icazə verməyib. Bildirilib ki, fotoqrafların qonaqların qarşısına keçməsi onları narahat edir. Bu isə media işçilərinin etirazına səbəb olub və onlar mərasimi tərk etmək qərarına gəliblər. Tədbirin digər təşkilatçısı Aqil Məmiyev isə hadisədən xəbər tutduqdan sonra media nümayəndələrindən üzr istəyib və yanlışlığı dərhal aradan qaldırıb.

 

Qeyd edək ki, Gecənin aparıcısı Samir olub. Layihənin rəhbəri Aqil Məmiyev və Ləman Mirtalıblıdır.

 

Könül
Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR