İnsanlara hürriyət, millətlərə istiqlal!

İlhan Aşkın erməniləri məhkəmədə məyus etdi - iddialara dəlillərlə cavab verdi

842 15.05.2024 20:48 Dünya A A

Niderlandda fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkının mayın 15-də saat 15.00-da Haaqa şəhər Ağır Cəza Məhkəməsində növbəti məhkəməsi keçirilib.

İlhan Aşkın Musavat.com-a açıqlamasında bildirib ki, məhkəmə uğurlu olub.

O, vəkili ilə birlikdə ermənilərin iddialarına qarşı bütün dəlliləri toplayıb və onlara layiqli cavab verib.

Növbəti məhkəmənin isə 2 həftə sonra baş tutacağını qeyd edib. O bildirib ki, məhkəmənin yekun qərarı 2 həftə sonra məlum olacaq.

Ermənilər İlhan Aşkından nə istəyir?

İlhan Aşkın Niderland Krallığı Cəza Qanununun 137 c.1, 137 c.2, 137 c.47 maddələri ilə günahkar bilinir:

Belə ki, o, Haaqa bələdiyyəsi ərazisində təşkil etdiyi mitinqdə “ermənilər terrorçudur”, “ermənilər təcavüzkardır” kimi irqi ayrı-seçkilik yayan şüarlardan istifadə olunmasında ittiham edilir. İlhan Aşkına ikinci ittiham 26 fevral 2020-ci ildə mitinqdə çıxış edərək, ermənilərə səslənməsi və “Qarabağdan çıxın, oralar sizin torpağınız deyil! Oralar sizə məzar olacaq!” sözləridir. Bu ittiham Niderland Krallığının Cəza Qanununun 137 d-1, 137 d-2 və 47-ci maddəsilə (erməni irqinə qarşı üsyana təşviq etmə) təsbit olunub.

İlhan Aşkına üçüncü suçlama isə onun 5 iyun 2021-ci ildə öz sosial şəbəkə hesabında ermənilərin Qarabağda mina xəritələrinin Azərbaycana verilməməsi ilə bağlı yazdığı fikirlərdir. İlhan Aşkın öz statusunda qeyd edib ki, əgər Ermənistan mina xəritələrini Azərbaycana vermirsə, müharibədə əsir düşən erməniləri həmin minalı ərazilərdə gəzdirmək lazımdır.

İlhan Aşkın məhkəmədə onu dəstəkləmədiyinə görə azərbaycanlı məmurlardan narazılığını bildirib. O bildirib ki, bundan sonra da Azərbaycanın haqq səsini ucaldıb, qoruyacaq. Ancaq heç bir məmurun ona dəstək olmamasından məyus olub. İlhan Aşkın bildirib ki, ona səfirlikdən də heç bir dəstək edilməyib: “Heç olmasa sürücünüzü göndərərdiniz”, - deyə İlhan Aşkın məyusluğunu ifadə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR