Müğənni Rəqsanə İsmayılova Xalq artisti Röya Ayxan və müğənni Zamiq Hüseynovun mərhum Xalq artisti İlhamə Quliyevanın “Neylərsən?” mahnısını ifa etməsinə münasibət bildirib.
Musavat.com xəbər verir ki, sənətçi İlhamə Quliyeva həyatda olarkən ondan icazə alıb bu mahnını oxuduğunu qeyd edib:
“Allah İlhamə xanım Quliyevaya rəhmət etsin. Ölməz sənətkar həmişə yaşayacaq. Faiq Sücəddinovun əsərləri hər zaman dillər əzbəri olub. Allah sizə ömür versin, dəyərli bəstəkar. Mən bu mahnını İlhamə xanımın sağlığında icazə aldım və oxudum. Bu gün sənət dostlarım da oxuyub. Xeyirli olsun. Hər kəsin öz ifa tərzi var. Əsas odur ki, bu əsərlər var, yaşayır və nəsildən nəsilə keçir. Bu əsərlər hər zaman yaşayacaq”.
Könül
Musavat.com






