İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin Kəlbəcər -Laçın mesajları, ermənilərin səfərbərlik hazırlıqları - Arzuxan Əlizadə "Canlı debat"da

1283 17.08.2021 12:00 Gündəm A A

Prezident İlham Əliyevin dosta-düşmənə Kəlbəcər-Laçın mesajı və bölgənin gələcəyi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarına səfər etdi.

Bu səfərdən yayılan video materiallardan da göründüyü kimi, ölkəmizin rəhbərliyi səfəri boyunca rahat tövrləri, yüksək əhval ruhiyyəsi və bölgənin gələcəyinə dair verdiyi nikbin proqnoz və vədləri ilə fərqlənib. Ermənilər neçə vaxtdır bu ərazilərimizdə gərginliyi artırmağa çalışırlar, hər gün atəşkəs pozulur. Lakin Prezident bir səfəri ilə düşmənin bu fəaliyyətini sıfırladı. Mehriban Əliyevanın çəkdiyi videolardan da göründüyü kimi, Azərbaycan Kəlbəcərdə məskunlaşma prosesinə start verib. Artıq Kəlbəcərin yaylaq statusu və funksiyaları qaytarılıb. Yol boyunca arıçılar, heyvandarlar və onların təsərrüfatları müşahidə olundu. Prezident onlarla və təsərrüfatları ilə maraqlandı, artıq hazır olan Kəlbəcər balını nümayiş etdirdi, tarixi ‘’İstisu’’ sanatoriyasında gövdə göstərisi həyata keçirtdi, şəhid vermədən geri ala bildiyi bölgələrin yaxın zamanlarda qurulub-inşa ediləcəyi vədlərini söylədi. Bir daha bəlli oldu ki, Qarabağın digər bölgələri kimi, Kəlbəcər və Laçının da yüksək turizm potensialı vardır. Prezident İlham Əliyevin Kəlbəcər şəhərində dövlət bayrağını ucatması və burada verdiyi mesajların siyasi anlamı olduqca önəmlidir. Dövlət başçısının Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyması, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışını etməsi də artıq quruculuq işlərinin başlanmasının göstəricisi sayıla bilər. Bölgəyə işıq gəlir, canlanma gəlir, insanlar, mal-heyvan, həyat gəlir ...

Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoymasının bu bölgə üçün iqtisadi, üstəlik böyük siyasi əhəmiyyəti var. Heç nəyə baxmadan, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə quruculuq işlərini davam etdirir və bu prosesin başında duran İlham Əliyev Qarabağı dirçəltməkdən ilham alır. Prezident İlham Əliyev Qarabağa səfərlərində bir başqa olur – daha ürəkli, daha səmimi, yüksək əhval-ruhiyyədə və inamlı. Bütün bu əhval ruhiyyə də dərhal cəmiyyətimizə inkas olunur və dost-düşmənlərə də pay çatır. Dezinformasiyalar, ideoloji müharibələr hədəfində olan Azərbaycan toplumu sanki özü o bölgələrə səfər etmiş kimi olur və hər dəfə düşmən ölkənin, bədxah qüvvələrin apardıqları kampaniyalar Qarabağdan verilən mesajlarla neytrallaşdırılır.

Laçın dəhlizinə ya birgə nəzarət, ya da...

Erməni silahlılarının Azərbaycan ərazisinə daxil olmasını əks etdirən faktlar Bakının beynəlxalq hüquqa uyğun olaraq öz ərazisinə Laçın vasitəsilə giriş-çıxışa sərt nəzarətini zəruri edir. Belə ki, Laçın dəhlizində Azərbaycan və Rusiya hərbçilərinin birgə nəzarəti olmalıdır. Rusiya sülhməramlıları ilə birgə Azərbaycan hərbçiləri də təhlükəsizliyi təmin etməli, ölkəyə gələn yüklərə də nəzarət etməlidir. Dəhliz humanitar olduğu üçün hərbi təyinatlı yüklər, xüsusən də hərbi qulluqçular bu dəhliz vasitəsilə daşına bilməz. Əcnəbilərin girişi isə Azərbaycanın rəsmi sərhəd prosedurlarına uyğun olaraq həyata keçirilməlidir. Bəzi ekspertlər iddia edirlər ki, əgər Ermənistan bəyanatın bəndlərinə əməl etmirsə, hərbçilərini Qarabağdan tam çıxarmaqdan imtina edirsə və Zəngəzur dəhlizinin açılmasına razılıq vermirsə, Azərbaycan da 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəliklərdən özünü azad hesab edə, birgə bəyanatdan çıxa da bilər...- Laçın dəhlizinə birgə nəzarət mexanizmi olarsa, erməni silahlıları heç bir halda Qarabağa sıza bilməz. Rusiya buna razılıq vermək istəmir, amma indi Bakı sülhməramlılarla bağlı kifayət qədər sərt tənqidi mövqedədir, bunun üçün də tutarlı əsasları var.

Qarabağda ruslaşdırma siyasəti və separatçıların “ittifaqı”-Kremlin yeni təhlükəli planı.

Son günlər Qarabağdakı köçmən ermənilərin rəhbərliyi separatçı bölgələrlə əlaqələrini artırıblar. Özünü hələ də “xarici işlər naziri” adlandıran David Babayan son bir neçə gündə tanınmamış Dnestryanı bölgənin və Cənubi Osetiya-Alaniya adlandırılan “respublikanın” “xarici siyasət idarələrinin” başçıları ilə telefonla danışıb. Erməni mediası yazır ki, tərəflər əməkdaşlığı daha da genişləndirməyin və dərinləşdirməyin, qarşılıqlı maraq doğuran məsələlər üzrə mütəmadi müzakirələrin aparılmasının vacibliyini vurğulayıblar. Xankəndi ermənilərinin separatçı bölgələrlə əlaqələri yeni deyil, müharibədən əvvəlki illərdə də qondarma “dqr”i separatçıların toplantılarında görmək mümkün idi. Amma indi Qarabağda da Dnestryanı və Cənubi Osetiyada olduğu kimi Rusiya sülhməramlıları var. Sülhməramlılar köçmən erməniləri Laçın dəhlizindən keçirməklə Qarabağa daşıyanda ermənilər deyirdilər ki, sülhməramlılar onları təkcə himayə etməyəcək, həm də onlara Rusiya pasportları veriləcək. Bu da təsadüfi deyil. Çünki Ukraynanın şərqi də daxil, Rusiyanın rəsmi və ya qeyri-rəsmi ordu bilrləşmələrinin olduğu yerlərdə bu “praktikadan” geniş istifadə edilir.

Xankəndi ermənilərinin qanunsuz fəaliyyət göstərən rəhbərliyinin Dnestryanı və Cənubi Osetiya bölgələri ilə təmasları bəzi ekspertlərə görə, Moskvanın şübhəli planlarından xəbər verir. Qarabağın Rusiya ilə sərhədi yoxdur, amma bir neçə ay əvvəl Xankəndindəki qondarma “parlament” rus dilini bölgədə ikinci dil elan edib. Necə ki, Cənubi Osetiya və Dnestryanıda bu, ikinci dil çoxdan “qanuniləşdirilib”.

Rusiyanın Qarabağda yeni “qanunsuz çırdtan dövlət” yaratmaq planları nə qədər realdır? Rusiya bölgədə daha çox qalmaq üçün bu təcrübədən istafadə edir və indi bunu Qarabağda da “sınaya bilər”.

Ermənistanda gizli səfərbərlik iddiası-yeni müdafiə naziri Şoyqunun əmrində...

Ermənistan Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilər üçün üç aylıq təlim-məşq toplantışı elan edib. Azadlıq Radiosunun erməni xidmətindən verilən məlumata görə, hərbi komissarlıqlar bildirişlər göndərməyə davam edir. Diqqətçəkən məqam odur ki, hökumət bununla bağlı heç bir qərar verməyib. Erməni hüquq müdafiəşiləri deyirlər ki, Müdafiə Nazirliyi təlim-məşq toplantısının keçirilməsi ilə bağlı bildiriş göndərə bilməz. İlk olaraq hökumət belə qərar verməli, sonra vətəndaşlar xəbərdar olunmalıdır. Hüquq müdafiəçiləri hökumət tərəfindən qərar verilməsə, ehtiyatda olanların çağırışı qanunsuzdur. Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan Moskvaya yaxın kadr hesab olunur.

Ümumiyyətlə, Ermənistanda müdafiə nazirlərinin təyinatında birbaşa Rusiyanın maraqları nəzərə alınır. Arşak Karapetyan nazir kimi ilk səfərini Moskvaya etdi, Şoyqudan qılınc hədiyyə aldı və sairə. O səbəbdən Rusiyanın nəzarətində olan müdafiə naziri aydındır ki, Paşinyandan daha çox Sergey Şoyqunun tapşırıqlarını icra edəcək. Bu baxımdan, indi hökumətdən gizli səfərbərlik xəbərləri təəccüblü deyil. Rusiya Ermənistana yeni ordu qurursa, onun ipləri də Moskvaya bağlı qalmalıdır. Bu rakursdan baxdıqda, Moskva erməni ordsusunun müharibədən sonrakı qalıqlarını mobilizasiya hazır vəziyyətdə saxlamaqda maraqlıdır. Çünki Azərbaycan cəmiyyətində də yeni müharibə əhvalı var.

Bu və gündəmdəki digər mövzuları bu gün saat 12.00-də Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edəcək.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR