İnsanlara hürriyət, millətlərə istiqlal!

“İlham Əliyev parada hazırlaşır, Paşinyan isə…” - SENSASİON ŞƏRH

2413 06.11.2023 16:04 Son xəbər A A

“Qarabağ gedəndən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan gülən fotoları ilə artıq ictimaiyyəti əsəbiləşdirmir. O, düzgün edir, çünki bir neçə ay əvvəl Qarabağ ermənilərinə torpaqlarında festivallar olacağna söz vermişdi. Sadəcə onlar bir az səbrli olmalı və Annanın ərinin daim Qarabağ ermənilərinin problemlərini həll etmək barədə düşündüyünü xatırlamalıdırlar. Anna Akopyan çox da yanılmamışdı. Festivallar yox, hərbi parad. Üstəlik, Ermənistanın yox, Azərbaycanın! Özü də “Xankəndi”yə çevrilən Stepanakertdə”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər erməni politoloq Ruben Markaryanın yazısında əks olunub.

“Nikol Paşinyan Avropa Parlamentində regionda “sülh gündəmi”, “sülh yollarının kəsişməsi”ndən danışaraq alqışlar aldığı bir vaxtda İlham Əliyev hərbi parada hazırlaşır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Almaniyanın xarici işlər naziri Annalena Berboka dediyi kimi, Ermənistan Bakının son təkliflərini qəbul edərsə, Azərbaycan Ermənistanla sülhə hazırdır.

Təbii ki, İrəvan Bakının bütün şərtlərini qəbul edəcək. Ola bilsin, vasitəçilər vasitəsilə Əliyevi daha mərhəmətli olmağa razı salmağa çalışacaqlar. Annalena məsələsində, görünür, alınmadı: Bakı heç bir güzəşt olmayacağını açıq şəkildə bildirdi. Yəqin buna görədir ki, Nikol Paşinyan dövründə xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyanın sözləri ilə İrəvan artıq Ermənistanda “Artsax”ın heç bir dövlət qurumunun qorunub saxlanmayacağını bəyan edib. Deyirlər ki, bu, milli təhlükəsizlik məsələsidir. Tarixdə sürgündə hökumətlərin qurulmasına dair çoxlu nümunələr olsa da, bu, bizdə deyil: cənab Edmon aydın şəkildə ifadə etdi.

Azərbaycan mətbuatı yazır ki, Bakıda “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının təqdimatı olub. Azərbaycan televiziyalarının artıq Ermənistanda bu “maddi və mədəni irs” haqqında filmlər çəkməsi təəccüblü olmayacaq”, - Markaryan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR