İnsanlara hürriyət, millətlərə istiqlal!

İlahiyyatçı İlqar İbrahimoğlu saxlanılıb: Başqa həbslər də var

7189 20.10.2021 00:45 Son xəbər A A

İlahiyyatçı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlunun saxlanıldığı bildirilir.

Musavat.com bildirir ki, bu barədə Turan Agentliyi məlumat yayıb.

Oktyabrın 19-da İ.İbrahimoğlu öz Facebook səhifəsindən canlı efirə çıxaraq, hüquq mühafizə orqanları nümayəndələrinin onun evinə gəldiyini və özünün evdə olmadığını bildirib: "Mən indi evimə gedirəm, hüquq müdafiəçilərindən, vəkillərdən xahiş edirəm, oraya gəlsinlər".

Daha sonra "hüquq müdafiəçisi" Rüfət Səfərov AzadlıqRadiosuna bildirib ki, ilahiyyatçının evində axtarış aparılıb, özü isə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Turan Agentıiyi məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətindən münasibət öyrənə bilməyib.

Mötəbər qaynaqlar Hacı İlqar İbrahimoğlunun saxlanılması xəbərini Musavat.com -a təsdiqləyib. 

Hacı İlqar İbrahimoğluna qarşı hansı ittihamların irəli sürüldüyü də hələlik bəlli deyil. İstintaqdakı bir qaynaq Musavat.com-a deyib ki, hər şey araşdırmalardan sonra bəlli olacaq.

Hacı İlqar İbrahimoğlu ilə bərabər bir neçə dindarın da saxlanılması xəbərləri yayılıb. Onlardan yalnız birinin kimliyini müəyyən etmək mümkün olub. Bu, Maide.az saytının baş redaktoru Təmkin Cəfərovdur. Bakupost.az saytı onun həbsi ilə bağlı xüsusi xəbər yayıb.
Musavat.com-da olan bilgilərə görə, sabah günün birinci yarısında bu həbslərlə bağlı hüquq mühafizə orqanlarının xüsusi açıqlaması olacaq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR