İnsanlara hürriyət, millətlərə istiqlal!

“İkinci pərdə”nin aktrisası: “Anam məni görüb, qışqırmağa başladı” - FOTOLAR

4472 29.12.2017 18:47 Şou-biznes A A

“İkinci pərdə” filmi ilə yaradıcılığında yeni səhifə açan aktrisa Günay Əhməd film haqqında danışıb.

Musavat.com saytına açıqlama verən aktrisa filmdə xəyanətkar qadını oynasa da, obrazının tənqid olunmadığını deyib: “Bu təvazökarlıq deyil. Düşünürəm, o filmdə bacardığımın və istədiyimin 30%-ni reallaşdıra bildim. Mən filmdən sonra cəmiyyətdən gələcək tənqidləri düşünürdüm, ona görə  bunlar obrazıma bir az mane olurdu. Amma heç də hər hansı bir tənqidlə rastlaşmadım. Çox normal münasibət gördüm. Sivil qarşılandı və sevildi”.

O, gələcək planlarından da danışıb: “Sənətimdə bir qədər durğunluq yaşayıram. Bunu özüm istəyirəm. Hələ ki, dincəlirəm. Seriallara təklif almışam, amma cavab vermirəm. 1 il “Cehizsiz gəlinlər” serialında çəkildim, hələ də o yorğunluq canımdan çıxmayıb. Əslində özümü seriallarda görmək istəmirəm, inşallah yeni bir film olarsa, dəyərləndirərəm. Qismət olsa, çəkilərik”.

Günay Əhməd, yeni saç rəngindən, imicindən danışır: “Bir dostum film çəkmək istəyirdi. Xərçəng xəstələrinə dəstək kimi sosial rolik çəkməyi planlayırdı. Mənə o rolikdə çəkilməyi təklif etdi, ona ilk cavabım “yox” oldu. Bir az riskli bir şey idi. Tam keçəl olmalıydım. əvvəl yox desəm də, sonra fikrimi dəyişdim. Hamama girib saçımı qırxdım. Hamamdan çıxanda anam məni görüb qışqırmağa başladı. Sonra qəbul etdi. Saçım uzandıqca artıq bu vəziyyəti aldı”.

Könül,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR