İKİ TARİXİ ŞƏXSİYYƏTİN İFADƏSİ
Əvvəlcə üst dodağında nazik bığı, yana daranmış uzun qara teli olan, özünü Hitler elan eləmiş birisini faşist uniformasında məhkəmə zalına gətirdilər. O, əlində bərk-bərk tutub sinəsinə sıxdığı dəmir camdakı yeməyi hələ də axıra qədər yeyib qurtarmadığından horranı qaşıqlaya-qaşıqlaya içəri daxil oldu. Dövlət ittihamçısı tutulan mitinqçiləri ona göstərib soruşdu: “Yoldaş Hitler, sən bunları tanıyırsanmı?”
Hitler qaşığını astaca camın içərisinə qoyaraq dəmir barmaqlıqdakıları zənlə süzüb dedi: “Bəli, möhtərəm hakim, bunlar yoldaş Stalinin yaxın qohumlarıdır. Bax, bu, Stalinin qardaşı oğlu, bu, qudasının yeznəsi, bu isə məşhur partizan Mixaylonun özüdür! Bunlar hər gün mənim əl-qolumu bağlayıb döyür, belimə zorla iynə vururlar. İçəridə hamımızı bit basıb yeyir. Bizə gələn ətin hamısını satıb özlərinə bahalı maşın alıblar. Mixaylo neçə dəfə sürünə-sürünə gələrək qumbara ilə otağın pəncərəsini sındırıb. Bir dəfə onlar zorla mənim bığımı qırxıb Hitlerliyimi əlimdən almaq istəyirdilər. Bilirdilər ki, mənim gücüm bu bığlarımdadı. Pul verib canımı birtəhər qurtardım.
Bax, indi məni bura gətirəndə yolda polislər dedi, içəri girən kimi tutulanlardan birini göstərib deməliyəm ki, bax, bu adam məni mitinq zamanı döyüb. Polislər mənə dedi əgər belə deməsən, horranı əlindən alacağıq. İndi bilmirəm, hansını göstərim. Cənab prokuror, bəlkə püşk ataq, hansına düşsə, demək, məni o döyüb"...
Prokuror ayağa durub Hitlerə istiqamət verdi: “Mənim fürerim, sən heç kimdən çəkinmə, ürəyin hansını istəyir, göstər, biz onu protokola yazacağıq”.
Hitler sevinmiş halda barmağını gənc fəalın birinə tuşladı: “Mənim xoşuma bu gəlir, bax, məni döyən bu idi. Gecələr ayaq barmağımın arasına kağız qoyub yandırırdı. Hələ biri var, Jukov! Məni həmişə dəsmalla boğmaq istəyir. Dünən gecə yenə boğub öldürmək istəyirdi. Medsestralar özünü güclə çatdırıb məni xilas elədilər. Xahiş eləyirəm, bunlar haqda ciddi ölçü götürülsün”...
Prokuror yenə ayağa durdu: “Gördünüzmü? Bunların fikri mitinq eləmək yox, soyqırımı həyata keçirməkdir. Növbəti zərərçəkmişi gətirin”.
Çiyninə dəlixananın göy ədyalını salmış bir kişini zala gətirdilər. Onun “dəniz qulduru” saqqalı vardı. İçəri girən kimi hamını müsəlman qaydası ilə salamladı. Dövlət ittihamçısı zərərçəkmişə sual verdi: “Hörmətli cənab Qəzzafi, mitinq günü bu müttəhimlərdən hansı sizə xəsarət yetirib?”
Qəzzafi çiynindəki ədyalı nizamlayıb barmağını dəmir qəfəsdəkilərə bir-bir tuşlayaraq qışqırdı: “Bu, bu, bu... Hamısı güllələnməlidir! Bunlar mənim varidatımı dağıtdılar! Bunlar bütün xəzinəmi apardılar! Xalq məni sevdiyi yerdə bunlar gəlib aranı qatdılar! Mən çarpayımın altında neft yataqları düzəltmişdim. Bunlar gəlib hamısını məhv elədilər, uçurdular! Mən çarpayının başından özümə dəvə düzəltmişdim, ədyallardan çadır qurmuşdum, qoymadılar, yerlə yeksan elədilər! Bunlar NATO ilə birləşiblər! Gecələr məni bit-birə basıb yeyir! Nə qədər demək olar, bitə qarşı şampun gətirin, dəli olanda nolar, biz də insanıq! Bunlar Tikritdə mağazaların şüşələrini sındırdılar! Məni döyən bunlar idi, indi tanıdım”...
Prokuror ayağa durub polislərə işarə elədi: “Yaxşı, bu qədər bəsdir, onu öz bunkerinə aparın”.
Sonra prokuror üzünü müttəhimlərə və onların vəkillərinə tutub dedi: “İki böyük tarixi şəxsiyyət gəlib burada sizin əleyhinizə ifadə verdi. İndi sözünüz nədi?”