İnsanlara hürriyət, millətlərə istiqlal!

İki pəhlivanımız finala yüksəldi - Qızıl medala bir addım qaldı - FOTOLAR -

3180 13.06.2015 14:35 İdman A A


Bu gün “Bakı-2015” I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib.

Musavat.com-un məlumatına görə, Heydər Əliyev İdman Arenasında keçirilən ilk yarış günündə 59, 71, 80 və 98 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşəcək. Azərbaycan millisi bütün çəkilərdə təmsil olunduğundan bu gün 4 pəhləvan yarışır.
 
Güləşçilərimizdən ikisi 1/4-də güclü rəqiblərinə məğlub oldular. Amma digər iki pəhlivanımız üzümüzü güldürməyi başardı. Rəsul Çunayev və Rafiq Hüseynov...

71 kq

Rəsul Çunayev yarışa 1/8 finaldan start verib. Güləşçimiz ilk görüşdə moldovalı Daniel Kataraqa ilə üz-üzə gəlib. Millimizin liderlərindən olan Çunayev ona olan ümidləri doğrultdu. O, rəqibinə asanlıqla qalib gələrək, növbəti mərhələyə adladı.
 
Rəsul 1/4 finalda Dominik Etlinqerlə (Xorvatiya) gücünü yoxlayıb. Təmsilçimiz qələbə seriyasını davam etdirərək, rəqibini 4:0 hesabı ilə məğlub edib. Yarımfinalda da Rəsul çətinliklə üzləşməyib. Svilen Kostadinovla (Bolqarıstan) görüşü 10:0 hesabı ilə öndə bitirdi və finala yüksəldi. 
 
Çunayev finalda macarıstanlı Balint Korpasi ilə üz-üzə gələcək. Həlledici görüş 19:35-də olacaq.
 
80 kq

Rafiq Hüseynov birinci görüşünü 1/8 finalda keçirib. Avropa çempionatı və Qran-prinin çempionu, həmçinin dünya çempionatının mükafatçısı Mixael Vaqnerlə (Avstriya) münasibətlərinə aydınlıq gətirib. Hüseynov ilk hissədəcə cütün taleyinə aydınlıq gətirib. Bu qələbə sayəsində 1/4 finala yüksələn Rafiq ikinci qarşılaşmasında bolqarıstanlı Daniel Aleksandrovla görüşdü. O, bu qarşılaşmanın da taleyini vaxtından əvvəl həll edib. İlk hissədə 10:0 hesabı ilə qalib gələn Rafiq mübarizəni türkiyəli Selçuq Cebi ilə davam etdirdi.  Avropa çempionun yarışa tam hazır olduğunu bir daha sübuta yetirdi və yenə də döyüşü vaxtından əvvəl qazandı - 9:0
 
Güləşçimiz finalda rusiyalı Yevgeni Salayevlə qarşılaşacaq. Görüş saat 19:56-da start götürəcək.

Məhəmməd Türkmən

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR