İnsanlara hürriyət, millətlərə istiqlal!

İki nəfərin ölümünə səbəb olan şəxsə 11 il cəza istənilməsi etiraza səbəb oldu

885 17.04.2017 13:35 Kriminal A A

Yol qəzasında 2 nəfərin ölümünə səbəb olan şəxsə prokuror 11 il cəza istəyib. Zərərçəkmiş tərəf isə narazı qalıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində yol qəzası törədən Səfərov Anarın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Rahib Slamanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı A.Səfərovun 11 il azadlıqdan məhrum edilməsini istəyib.

A.Səfərovun vəkili müdafiə çıxışında deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs ilk dəfədir cinayət əməli törədir və peşmandır.

Yol qəzasında düynasını dəyişən şəxslərin məhkəmə zalında olan yaxınları isə qərardan narazı olduqlarını bildirblər.

Növbəti məhkəmə prosesi aprelin 26-na təyin edilib.

Qeyd edək ki, yol qəzası ötən il iyun ayında Binəqədi rayonunda Xocəsən qəsəbəsində baş verib. A.Səfərov idarə etdiyi avtomobillə yolu keçən üç nəfəri vurub, onlardan biri hadisə yerində ölüb.

Hadisəni Xırdalan şəhər sakini Anar Səfərov idarə etdiyi “Nissan” markalı avtomobillə törədib.

Qəzada Bakı şəhər sakinləri Cavanşir Kirmirzəyevi, Səbuhi Şahmarovu və İsmayıl Hümbətovu vurub.

Nəticədə C.Kirmirzəyev hadisə yerində ölüb, digər piyadalar isə xəstəxanaya yerləşdirilib. Xstəxanaya çatdırılan yaralılardan Səbuhi Şahmarov xəstəxanada dünyasını dəyişib.

İ.Muradov

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR