İnsanlara hürriyət, millətlərə istiqlal!

“İki nəfərin ölümü ilə nəticələnən avtoqəza obyektiv araşdırılmır”

810 29.08.2016 08:30 Ölkə A A
2014-cü il  sentyabrın 27-də Kürdəmir yolunda Ceyhun Oqtay oğlu İmaməliyevin ölümü, Ceyhun Babayevin isə ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. C.Babayev sonradan Kürdəmir rayon xəstəxanasında dünyasını dəyişib. Hər iki  mərhumun yaxınları  həmin gündən qəzanın törədilməsində günahkar bildikləri “Mersedes” markalı yük maşınının sürücüsü Elvin Quliyevin cəzalandırılmasını tələb edirlər.

Onlar iş üzrə istintaqın qərəzli aparıldığını və baş prokurorun müavini Rüstəm Usubovun bu səbəbdən iş üzrə qəbul edilmiş cinayət işinin rədd edilməsi haqda qərarı ləğv etdiyini bildirilər. Qeyd edirlər ki, R.Usubovun işə yeni və obyektiv istintaq aparılması ilə baxılması haqda göstərişinə rəğmən yenidən iş üzrə qərəzli istintaq aparılır... 

“İşin əsas halı ondan ibarətdir ki, cinayət işinin rədd edilməsi barədə qərar hörmətli Rüstəm Usubovun və Kamal Qılıcovun qəti qərarı əsasında ləğv edilsə də, müstəntiq Rüfət Mustafazadə qanunsuzluqlar etməkdə davam edir”. 

Bunu baş prokuror Zakir Qaralova Ceyhun Babayevin hüquqi varisi Şirxanım Babayeva, Ceyhun Oqtay oğlu İmaməliyev atası hüquqi varisi İmaməliyev Oqtay müraciətlərində yazıblar. 

Onlar qeyd edirlər ki, məşum avtoqəzadan sonra fakt üzrə Kürdəmir rayon Polis Şöbəsində cinayət işi başlanıb və cinayət işinin rədd edilməsi haqda qərar verilib: “Hüquq-mühafizə orqanı işdə qeyri-obyektiv mövqe tutaraq ölmüş şəxslərin deyil, sağ qalmış Quliyev Elvinin mövqeyini müdafiə edir. Kürdəmir rayon prokurorluğunun qeyd olunan cinayət işində qeyri-obyektiv mövqeyi respublikamızda avtonəqliyyat idarəetmədə özbaşınalığın qarşısının alınması məqsədi ilə ölkə prezidenti cənab İlham Əliyevin çıxışında göstərdiyi xüsusatlara ziddir. Buna baxmayaraq, hazırkı cinayət işində ölən 2 şəxsin, 2 ailə başçısının qanı batırılır. Cinayəti törədən Quliyev Elvinin ölən 2 şəxsdən heç birinin yasına gəlməməsinə, ailələrinə başsağlığı verməməsinə baxmayaraq, o, hüquq-mühafizə orqanları tərəfdən müdafiə olunur”.

Məşum avtoqəzada dünyalarını dəyişən şəxslərin yaxınları qeyd edirlər ki, qəzanı törətmiş Quliyev Elvinin qeyd olunan avtomobili idarə etməsinə dair heç etibarnaməsi belə olmayıb: “Bu hal müstəntiq tərəfindən heç bir yerdə göstərilməyib! Həmin məsələyə ümumiyyətlə toxunulmayıb! Bu hal isə onu göstərir ki, Quliyev Elvin avtomobili nəinki etibarnaməsiz idarə edib, heç buna onun səriştəsi də yoxdur. Cinayət işinin materialları tamamilə saxtalaşdırılıb. Belə ki, iş materiallarında hadisəni təsvir edən tam obyektiv sənədlər işə əlavə edilməyib”.

Şikayətçilər iş üzrə müstəntiq Məmmədov Ziyanın 3 noyabr 2014-cü il tarixli qərarında olan məlumatların işdə olan digər sübutlarla ziddiyyət təşkil etdiyini də qeyd edirlər. Onlar baş prokurora müraciətlərində göstərilən halları nəzərə alaraq iş materiallarını Kürdəmir rayon prokurorluğundan alaraq onun yenidən obyektiv araşdırılması üçün başqa rayona verilməsi barədə qərar qəbul olunmasını istəyirlər. 

E.MƏMMƏDƏLİYEV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR