Ölkəni intiharlar dalğası bürüyüb. Son vaxtlar intiharların yaşı nəinki cavanlaşıb, hətta yeniyetmələşib demək olar.
Son olaraq Qobu qəsəbəsində yaşayan 11-ci sinif şagirdləri 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı eyni sinifdə oxuyublar.
Onların intiharının səbəbi bilinmir. İlkin məlumata görə, hadisə yerindən qızlardan birinin məktəb dəftəri aşkarlanıb. Onun dəftərdəki qeydlərindən depressiyada olduğu müəyyən olunub.
Martın 9-da isə Goranboy rayonunda 37 yaşlı qadın ailə münaqişəsi səbəbindən dərman içərək özünü zəhərləyib. Hadisə Safıkürd kəndində qeydə alınıb. 1983-cü il təvəllüdlü G.Əliyeva 30-a yaxın dərman preparatını qəbul edib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ağsu rayonunda 15 yaşlı qız 8 Mart Qadınlar Günündə intihar edib. Məlumata görə, rayon sakini, 15 yaşlı Pərvanə Salahzadə yaşadıqları evin həyətində yerləşən çinar ağacından özünü asıb.
Martın 3-də Salyan rayonunda 1986-cı il təvəllüdlü Şölə Təhmanib qızı İmanova özünü öldürüb. O, yaşadığı evin həyətində özünü asaraq intihar edib. Bundan əlavə, fevralda Sevil Atakişiyeva özünü 20-ci mərtəbədən ataraq canına qəsd edib. Gənc qızı intihara aparan səbəblər barədə spekulyasiyalar onun tərəfindən yazıldığı deyilən mesajların sosial mediada yayılmasından sonra intensivləşib.
Həmin mesajlarda qeyd edilir ki, onları yazan şəxsin ailəsi ona təzyiqlər etdiyi və atası ona psixoloji işgəncə verdiyi üçün, o intihar etmək vəziyyətinə gəlib çatıb. Məktəbli qızların, yeniyetmələrin, gənc qadınları intiharının gerçək səbəbləri nədir? Onların ailədə üzləşdiyi şiddət, yoxsa şəxsi həyatda uğursuzluq, depressiv vəziyyətdir bu gəncləri ipə aparan?
Sosial qayğıların intiharlara təsiri nə qədərdir? Məktəbliləri qorumaq üçün hansı işlər görülməlidir, maarifləndirmə tədbirləri aparımalıdır?
MusavatTV-nin canlı yayımlanan “Həftə içi” proqramında aparıcı Emil Salamoğlunun qonaqları - məktəbli vaxtı intihara cəhd etmiş gənc jurnalist Dilarə Zamanova ilə psixoloq Fərqanə Mehmanqızı bu aktual məsələləri müzakirə edirlər.
Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






