İnsanlara hürriyət, millətlərə istiqlal!

İki korpus komandanı və generalitet Türkiyədən qayıtdı - səfərin gizlinləri

1642 07.02.2024 12:46 Siyasət A A

Şuşa Bəyannaməsi ilə tarixin ən üst səviyyəsinə çatan əlaqələr gücləndirilir, qarşılıqlı səfərlər intensivləşir - polkovnik və analitik detalları açıqladı

Azərbaycan Ordusunun ikisi korpus komandiri olmaqla, 6 generalının Türkiyəyə səfəri və qardaş ölkənin milli müdafiə naziri Yaşar Gülər də daxil, keçirdikləri görüşlər diqqət çəkdi. Azərbaycanlı generallar İkinci Ordu Komandanlığını, Ankarada Milli Müdafiə Nazirliyini, Baş Qərargahı və Quru Qoşunları Komandanlığını, əməliyyat mərkəzlərini ziyarət ediblər, virtual olaraq sərhədlər, qurulan ağıllı hərbi postları müşahidə ediblər: 

Bundan başqa, Birinci Ordu Qərargahı, Əməliyyat Mərkəzləri və Müdafiə Sənayesi üçün Baykar Texnologiya Maşınlarının fəaliyyətini nəzərdən keçirmək, məlumat və təcrübə əldə etmək, dostluq və qardaşlığı daha da gücəndirmək üçün fikir mübadiləsi aparmaq imkanı qazanıblar. Yada salaq ki, bundan əvvəl Türkiyənin milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda olub. Türkiyə-Azərbaycan hərbi əlaqələri 1991-ci ilin sonundan etibarən qurulmağa başlasa da, İkinci Qarabağ müharibəsindən sonra daha da yüksələn xətlə möhkəm, sarsılmaz əsaslar üzərində formalaşıb.

Yaşasın Muzaffer Azerbaycan Ordusu! – BAYRAQDAR MEDİA

Yücel Karauz 

Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi Yücel Karauz generalların qardaş ölkəyə son səfərini şərh edərkən maraqlı informasiyalar bölüşüb. O deyib ki, Türkiyə Milli Müdafiə Universitetinin rektoru altı aydır ki, Azərbaycan Milli Müdafiə Universitetində fəaliyyət göstərir: “Eyni zamanda Azərbaycan MMU-dan bir nəfər səlahiyyətli dostumuz da Türkiyə MMU-dadır. Dolayısı ilə bu cür yüksək səviyyəli tədbirlər yuxarıda sadaladığımız sahələrdə əlaqələrin inkişaf etdirilməsinə töhfə verəcək çox müsbət və örnək işlərdir. Əslində Azərbaycan buna yeni başlasa da, Türkiyədən ali rütbəli hərbçilərimiz qardaş ölkədə illərdir ki, sözügedən sahədə təcrübə mübadiləsi çərçivəsində böyük işlər görürlər. Eyni zamanda ölkəmizdəki hərbi akademiyaların nümayəndələri Azərbaycanda yerində müxtəlif araşdırmalar aparır, vəziyyətlə tanış olurlar. Şuşa Bəyannaməsi ilə tarixin ən üst səviyyəsinə çatan əlaqələr baxımından da bu tədbirlər irəli doğru vacib addımlardır. Belə tədbirlər mütəmadi şəkildə davam etdiriləcək”. 

Polkovnik Şair Ramaldanov: Sosial şəbəkələrdə bilən də, bilməyən də “AÇIR  SANDIĞI, TÖKÜR PAMBIĞI”

Şair Ramaldanov

Polkovnik Şair Ramaldanovun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan Ordusunun yüksək vəzifəli şəxslərinin Türkiyəyə səfərləri ilk dəfə reallaşmır. Polkovnik hesab edir ki, azərbaycanlı zabitlər Türkiyədə müxtəlif görüşlərdə, təlimlərdə iştirak edirlər: “Amma 44 günlük Vətən müharibəsindən sonra Şuşa Bəyannaməsi imzalandı və Türkiyə Azərbaycanın, Azərbaycan Türkiyənin təhlükəsizlik məsələlərində iştirak edir, bunun üçün hüquqi sənəd də mövcuddur. Azərbaycan Ordusunun Türkiyə modelinə keçid etməsi Silahlı Qüvvələrin Baş Komandanı İlham Əliyevin qarşıya qoyduğu tapşırıqdır. Bu da göstərir ki, ordular arasında əlaqələr sıx şəkildədir, mütəmadi olaraq yüksək rütbəli şəxslər qarşılıqlı ziyarətlər edirlər. Əlbəttə ki, bu səfərlərdən qayıtdıqdan sonra orada olan məsləhətləşmələrin, fikir mübadiləsinin həyata keçirilməsi üçün əhəmiyyətli təcrübə olur. Təbii ki, rəhbər şəxslərin tələbləri olur, proqramlar qurulur, aşağı qurumlar qarşısında göstərişlər verilir”. Ş.Ramaldanovun sözlərinə görə, Ali Baş Komandanın tapşırığından irəli gələrək müdafiə naziri, Baş Qərargah rəisi, sonra korpus komandirləri qardaş ölkəyə səfərlər edirlər, sonrakı dönəmdə də başqa heyət olacaq: “Yəni səfərlər davam edəcək. Bu gün Türkiyə Ordusu dünyanın ən güclü ordusudur. Azərbaycan Ordusunun onlarla birlikdə təlimlərdə iştirakı, təcrübə toplaması isə ordumuzu həmin səviyyəyə yaxınlaşdırır”. 

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova

Türkiyədə fəaliyyət göstərən “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ramiyə Məmmədova Türkiyə ilə Azərbaycan arasında hərbi müttəfiqliyin getdikcə genişləndiyini düşünür: “Naxçıvanda hərbi kompleksin açılışı, cənab Ərdoğanın oradakı iştirakı göstərir ki, iki qardaş dövlət hərbi sahədə əlaqələri gücləndirir. Eyni zamanda Milli Müdafiə Universitetinin yaradılması, orada Türkiyədən olan şəxsin fəaliyyəti göstərir ki, bizim kursantlara, hərbi elm və biliyə yiyələnmək istəyənlərə NATO ordusunun səviyyəsində tədris keçirilir. Azərbaycan Türkiyə ordusunun modelini tətbiq etməkdədir və Quru Qoşunların komandanı Hikmət Mirzəyevin təyin olunması ilə bu sahədə gələcəkdə çox ciddi inkişafın olacağını əminəm. Şübhəsiz ki, bu da Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi, ordunun sovet sistemindən çıxarılaraq müasir Türkiyə Ordusuna keçidi deməkdir. Bu baxımdan davamlı olaraq səfərlər edilir, görüşlər keçirilir”. Ekspert xatırladır ki, Türkiyə milli müdafiə naziri Yaşar Gülər də bu yaxınlarda Azərbaycanda səfərdə idi: “Hesab edirəm ki, Cənubi Qafqazda təhdidlərin artması, bölgəyə kənar güclərin müdaxilə cəhdlərinin olması fonunda Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi daha da güclənməlidir. Bunun üçün də Türkiyə Ordusunun təcrübəsindən daha çox istifadə olunması mühümdür. Çünki regionda Fransa, İran, Rusiya və digər güclər müxtəlif oyunlar qurmaqdadır. Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə eskalasiya marağında olan qüvvələr var. Odur ki, müttəfiqlik ən yüksək səviyyədə qurulmalıdır”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR