İnsanlara hürriyət, millətlərə istiqlal!

İki il əvvəl yoxa çıxan Malayziya təyyarəsinin qalıqları Mozambikdə tapılıb

3969 24.03.2016 08:22 Son xəbər A A
Mozambikin sahillərində aşkarlanan iki təyyarə parçası 2014-cü il martın 8-nə keçən gecə Kuala-Lumpurdan Pekinə uçarkən yoxa çıxan "Malayziya Hava Yollarına" məxsus "Boeing-777" təyyarəsinə məxsusdur.

"Report" BBC-yə istinadən xəbər verir ki, bunu Avstraliyanın nəqliyyat naziri Darren Çester bildirib. Onun sözlərinə görə, bu qənaət mütəxəssis rəyinə əsaslanır.

Qeyd edək ki, 2014-cü il martın 8-nə keçən gecə göyərtəsində 227 sərnişin və 12 heyət üzvünün olduğu "Boeing 777" təyyarəsi Kuala-Lumpurdan Pekinə uçarkən radarlardan itib.  Axtarışların uzun müddət davam davam etməsinə baxmayaraq, təyyarənin izini tapmaq mümkün olmamışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR