İnsanlara hürriyət, millətlərə istiqlal!

İKİ GÜNDƏN SONRA AŞPA-nın YAZ SESSİYASI BAŞLAYACAQ

972 21.04.2012 16:07 Son xəbər A A
Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək. Nümayəndə heyətinin tərkibinə deputatlardan Sevinc Fətəliyeva, Rövşən Rzayev, Aydın Abbasov, Elxan Süleymanov, Rafael Hüseynov, Sabir Hacıyev, Sahibə Qafarova və Fazil Mustafa daxildirlər.

Sessiyada Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Assambleyanın yeni vitse-prezidentləri seçiləcək, “ərəb baharının” təsirləri, Suriyadakı vəziyyət, Avropa İnsan Haqları Məhkəməsinin gələcəyi, ifadə və məlumat azadlığının qorunması, Şimali Qafqazda məcburi köçkünlərin vəziyyəti, Aralıq dənizində insan ölümləri və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Tədbirdə nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR