İki erməni hərbçi təmas xəttinin Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib
Bu gün bir erməni azaraq Azərbaycan tərəfinə keçib. Hüquq-mühafizə orqanlarından Trend-ə bildiriblər ki, Azərbaycan tərəfinə keçən erməninin mülki şəxs və ya hərbçi olduğu müəyyənləşdirilir. Hazırda Azərbaycan tərəfi ərazimizə keçmə səbəblərini və şəraitini araşdırır.
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov Trend-ə faktı təsdiqləyib və əlavə məlumatın veriləcəyini açıqlayıb.
***
12.37
Avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin iki hərbçisi qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib. APA-nın məlumatına görə, Azərbaycan hərbçiləri onlardan birini saxlayıb, digəri isə qaçmağa cəhd edərkən neytral zonada minaya düşüb.
Onun sağ olub-olmaması barədə dəqiq məlumat yoxdur.
Erməni hərbçilərin təmas xəttini hansı məqsədlə keçdikləri də hələlik məlum deyil. Faktla bağlı dəqiqləşmələr aparılır.
Hadisəyə rəsmi qurumlardan münasibət öyrənmək hələlik mümkün olmayıb.






