Noyabrın 4-də işğal altındakı Ağdərə rayonunda ağır yaralanan erməni əsgərlərdən birinin durumu kritikləşib.
Bununla bağlı Musavat.com erməni mediasına istinadən xəbər verir.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, tank əleyhinə qumbaranın partlaması nəticəsində ağır xəsarətlər alan əsgər Sergey Alumyan Ermənistana aparılıb. O, Müdafiə Nazirliyinin mərkəzi kliniki hərbi tibb mərkəzinə köçürülüb. Əsgərin komaya düşdüyü barədə də xəbərlər yayılıb. Nazirlik rəsmisi baş verən partlayış nəticəsində yaralanan Gevork Xyusnuntsun durumunun da ağır olduğunu deyib.
Qeyd edək ki, İrəvan baş verən hadisə zamanı daha bir əsgərin yerindəcə öldüyünü etiraf edib. Amma düşmənin itkilərinin daha çox olduğu barədə xəbərlər var.
Musavat.com






