İnsanlara hürriyət, millətlərə istiqlal!

İğtişaşçılar ikimərtəbəli avtobusu qaçırıb yandırdılar - VİDEO

438 08.04.2021 14:38 Hadisə A A

Şimali İrlandiyada növbəti dəfə nümayişçilərlə polislər arasında toqquşmalar olub, etirazçılar avtobusu yandırıblar.

TASS agentliyi xəbər verir ki, bu barədə hadisələrin baş verdiyi inzibati ərazinin polis idarəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, paytaxt Belfastda nümayişçilər ikimərtəbəli avtobusu qaçırıb, daha sonra nəqliyyat vasitəsinin içinə yandırıcı mayenin olduğu butulkanı ataraq onu yandırıblar.

Qeyd edək ki, iğtişaşların səbəbi ölkə prokurorluğunun koronavirus qadağalarına məhəl qoymayan millətçi “Sinn Fein” partiyası üzvlərinə cinayət işi açmaqdan imtina etməsi olub.

Millətçi partiyanın üzvləri COVID-19 qadağalarına məhəl qoymayaraq kütləvi şəkildə ölkənin Birləşmiş Krallıqdan ayırmaq üçün mübarizə aparmış Bobbi Storinin məzarını ziyarət ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR