İnsanlara hürriyət, millətlərə istiqlal!

İƏT Pİ-nin baş katibinin müavini: "Fəal səsvermənin şahidi olduq"

239 08.02.2024 10:35 Siyasət A A

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib.

Musavat.com-un xəbərinə görə, ittifaqın baş katibinin müavini, heyət rəhbəri Əli Əsgər Mohammadi Sicani bildirib ki, bir çox seçki məntəqəsində müşahidələr aparıblar:

"Biz 7 məntəqədə müşahidə apardıq və fəal səsvermənin şahidi olduq. İki gün ərzində bizim üçün yaradılan şəraitdən istifadə edərək, xalqın adət-ənənələri ilə yaxından tanış olduq".

O qeyd edib ki, bu, Azərbaycanın Qarabağ zəfərindən sonra keçirilən ilk seçki idi:

"Bu, şəffaf və önəmli seçki idi. Bunun üçün Azərbaycan xalqını təbrik edirik".

Heyət rəhbəri əlavə edib ki, qadınların seçkilərdə yaxından iştirakının şahidi olublar:

"Bu, bizim diqqətimizi cəlb etdi. Eyni zamanda, cavanlar və yaşlı nəsil də seçkilərdə aktiv şəkildə iştirak etdilər. 89 yaşlı seçicinin məntəqəyə gələrək öz hüququndan istifadə etdiyini gördük".

Nümayəndə Osama Mahmud Abdelfəttah Mohamed isə demokratik seçki ilə bağlı Azərbaycan xalqını təbrik edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR