İnsanlara hürriyət, millətlərə istiqlal!

Qayayadırmanma üzrə Açıq Respublika Çempionatı başa çatdı

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Mətbuat Xidmətindən musavat.com-a verilən məlumata görə, 13-15 sentyabr 2013-cü il tarixlərində  Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Siyəzən rayonunun inzibati ərazisində yerləşən Beşbarmaq dağında təbii qayalarda qayayadırmanma üzrə Açıq Respublika Çempionatı başa çatıb.

Yarışda FAİREX-in “Salavat”, “Ekstralife”, “Şahdağ”, “Zirvə”, “Qaya Qartalları”, “Ekosport”, “Climber”,  “Gənclik”, “AMEAST”, “Qərb Universiteti”, “Tanrıdağ”, “Gəncə”, “İrəli”, “Rockstone”, “Blackstone”, “Şəki”, “Kəpəz”, “Kyanit”, “Qafqaz” və digər idman klublarının idmançıları iştirak edib.

Yerli və xarici idmançıların  qatıldığı yarış kişilər və qadınlar arasında üç mərhələdə (təsnifat, yarımfinal, final) keçirilib.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsində idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün birinci yer uğrunda qızğın mübarizə aparıblar.

Yarışın sonunda qaliblər müəyyən olunub və nəticələrə görə ilk üçlükdə Azərbaycan klublarının idmançıları və İrandan gələn qonaqlar yer alıblar.

Sonda qaliblərə FAİREX tərəfindən  qiymətli hədiyyələr təqdim olunub.

musavat.com

                     
Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2019

BÜTÜN XƏBƏRLƏR