İnsanlara hürriyət, millətlərə istiqlal!

3 MİLYONLUQ AT BELÇİKADA SAXLANILIR

904 17.04.2009 09:44 İdman A A
Bəs görəsən 3 milyonluq at indi harda saxlanılır? Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova “Yeni Müsavat”ın əməkdaşına bildirib ki, 3 miliyonluq at Belçikanın paytaxtı Brüsseldədir. Nazirliyin rəsmisi hazırda “İoneska de Brekka” adlı atla idmançımız Camal Rəhimovun növbəti yarışa hazırlaşdıgını da bildirdi. S.Məmmədova bahalı atın taleyi barədə daha ətraflı məlumat almaq üçün bizi Azərbaycan Atçılıq Məktəbinə yönləndirsə də, oradan suallarımıza cavab vermək iqtidarında olan kimsəni tapa bilmədik. Məktəbin Yusif adlı direktoru qalmaqallı atla maraqalandığımıza qulaq verən kimi hirslənərək dəstəyi asdı. Görünür, yuxarıdan tapşırıq belədir ki, 3 milyonluq atla baglı heç bir məlumat verməyin.
S.Məmmədova isə bizə maraqlandığımız atla bağlı ətraflı məlumat verəcəyinə söz versə də, ondan da əlavə bir söz qopara bilmədik. Beləcə, öyrəndiyimiz o oldu ki, bahalı atımızın başı salamatdır, özü də Camal Rəhimov onunla Brüsseldə məşq edir.
Yada salaq ki, Azərbaycanın tarixində ilk dəfə olaraq Yay Olimpiya Oyunlarının atçılıq yarışlarında ölkəmizi təmsil edən Camal Rəhimovun bəxti gətirməmişdi. Pekin Olimpiadasında ilkin təsnifatdan sonra 14-cü yeri tutan Camal Honkonq şəhərindəki ippodromda keçirilən ikinci təsnifat yarışında atdan yıxılıb. Onun “İoneska de Brekka” adlı atı növbəti maneəni dəf edəndən sonra çaparı üstündən yerə atıb.
İdmançılarımız Pekinə getməmişdən əvvəl gənclər və idman naziri Azad Rəhimov şəxsən bildirmişdi ki, çapar C.Rəhimova Fransanın ən yaxşı atını alıblar. Onun qiyməti 1 milyon 970 min avro olub. Atın pulunu Dövlət Neft Şirkəti verib.
Yeri gəlmişkən, 21 yaşlı C.Rəhimov Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənovun nəvəsidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR