İnsanlara hürriyət, millətlərə istiqlal!

İctimai yerlərdə Wi-Fi təhlükəsi: "Kibercinayətlər bu yolla baş verir" - VİDEO

459 09.04.2024 15:52 Ölkə A A

Şəhərin bir çox yerlərində internetdən pulsuz istifadə üçün imkanlar yaradılıb. Bəzi ictimai məkanlarda şifrəsiz Wi-fi şəbəkəsinə qoşulmaq mümkündür.

Lakin adi vətəndaşlar onları gözləyən kiber təhlükələrdən xəbərsiz olurlar.

Məsələ ilə bağlı "Xəbərin olsun"a danışan İnformasiya texnologiyaları (İT) üzrə mütəxəssis Elvin Həsənov ictimia yerlərdə Wi-fi vasitəsilə şəxsi məlumatların sızdırıldığını deyib:

"İctimai yerlərdə adətən Wi-fi şifərsiz təqdim olunur. Bu Wi-fi-lara vətəndaşlar şəxsi məlumatlarının yazdıqları təqdirdə qoşula bilirlər. Bu da riskdir. Çünki istənilən vaxt həmin avandlıq vasitəsilə şəxsi məlumatların sızdırılması mümkündür. Lakin ev şəraitindəki modemlərdə qismən də olsa şəxsi məlumatları şifrələmək olur".

Mütəxəssis onu da qeyd edib ki, təhlükəsizlik qaydaları baxımından bəzi şərtlərə əməl etmək lazımdır:

"Məsləhət görülür ki, vətəndaşlar ehtiyac omadığı təqdirdə telefonlarının bluetooth funksiyasını söndürsünlər. Bu Wi-fi-də addir. Ehtiyac yaranmadıqca aktiv saxlamasınlar. Çünki kibercinayətlər bu yolla baş verir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR