İnsanlara hürriyət, millətlərə istiqlal!

İctimai şuralar yaradılarkən qanunvericiliyə əməl olunurmu?

451 15.02.2019 14:00 Son xəbər A A

Son günlərdə bir neçə mərkəzi icra hakimiyyəti orqanında ictimai şura yaradılıb. Bununla bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlarda şuraların üzvlərinin və rəhbərinin müəyyənləşdirildiyi qeyd edilir.

İqtisadçı-ekspert, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrulun dediyinə görə, ictimai şuralar yaradılan zaman qanunvericliyin tələblərinə əməl olunmur: “İctimai şuraların yaradılması qanunvericiliklə tənzimlənən, vaxt etibarı ilə hardasa 2 aydan, prosedur baxımdan isə 8 addımdan ibarət mürəkkəb bir prosesdir. İndi necə oldu, yeni yaradılan ictimai şuralar göydən zənbillə düşdü? Elan nə vaxt verildi? Qeydiyyat nə zaman oldu? Seçki haçan keçirildi”?

Ekspert mərkəzi icra hakimiyyəti orqanları yanında ictimai şuraların yaradılmasının prosedur ardıcıllığını və vaxt aralığını diqqətə çatdırır: “Birinci ictimai şuralara seçkilərin təşkili məqsədi ilə mərkəzi icra hakimiyyəti orqanının yanında 9 nəfərdən ibarət seçki komissiyası yaradılır. Daha sonra mərkəzi icra hakimiyyəti orqanı rəsmi internet səhifəsi ilə və ya mövcud olan digər vasitələrlə (kütləvi informasiya vasitələri və s.) ictimai şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanılması və başa çatması vaxtını elan edir. Namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət iyirmi iş günündən az, otuz iş günündən artıq ola bilməz. Növbəti addım kimi ictimai şuraya namizədliyini irəli sürmək istəyən şəxsin qeydiyyatı məsələsinə seçki komissiyası tərəfindən üç iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Seçki komissiyası rəsmi internet səhifəsi ilə və ya mövcud olan digər vasitələrlə ictimai şuraya seçkilərdə iştirak edəcək namizədliyi qeydə alınmış şəxslərin siyahısını elan edir. Mərkəzi icra hakimiyyəti orqanı ictimai şuraya seçkinin vaxtı və keçiriləcəyi yer barədə məlumat rəsmi internet səhifəsi ilə və ya mövcud olan digər vasitələrlə elan edir. Namizədləri gizli səsvermə yolu ilə seçilməsi üçün nəzərdə tutulan birgə yığıncaqda təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları seçki gününə on gün qalanadək, həmin şəxslər barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) göstərməklə, seçki komissiyasına müraciət edir. Mərkəzi icra hakimiyyəti orqanında yaradılmış seçki komissiyası vətəndaş cəmiyyəti institutlarının müraciəti əsasında birgə yığıncaqda iştirak edəcək təmsilçilərin qeydiyyatını aparır. Nəhayət, İctimai şuraya seçki namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra bir ay müddətində keçirilir və seçkinin nəticələri elə həmin gün elan edilir, seçki komissiyası tərəfindən nəticələrə dair protokol tərtib olunur”.

DÜNYA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR