İnsanlara hürriyət, millətlərə istiqlal!

İctimai-siyasi fəal şəxslərin məhkəmələri sona yaxınlaşır

1435 09.02.2014 17:54 Gündəm A A
Son bir ildə ölkədə gündəmdə olan əsas məsələlərdən biri ictimai-siyasi fəal şəxslərin həbs olunması və onların məhkəmələrinin başlamasıdır. Artıq həmin məhkəmələr son mərhələyə yaxınlaşmaq üzrədir. Üzümüzə gələn həftə olacaq məhkəmələr barədə, məhkəmələrdəki gedişat, qəbul ediləcək qərarlar barədə vəkillərlə əlaqə saxladıq.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun vəkili Nemət Kərimli bu ayın sonuna qədər məhkəmənin sona çata biləcəyini bildirdi: “Bu həftə keçiriləcək növbəti məhkəmə prosesində müəyyən vəsatətlər var. Onlara baxılacaq. Şahid ifadələri artıq bitib. Zərərçəkən tərəfin bu həftəki məhkəməyə gəlməsi gözlənilir. Bundan əlavə, keçmiş nazirin oğlanları və icra başçısının oğlu məhkəməyə gəlməlidir. Onlar dindiriləcək. Sonra digər sübutların araşdırılması mərhələsi olacaq. Belə davam edərsə, bu ay məhkəmənin sona çata biləcəyini güman edirik”.

Musavat başqanının müşaviri Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Elman Fəttah Yadigar Sadıqovla iki gün öncə görüşdüyünü dedi: “Yadigar Sadıqovla Kürdəxanı Təcridxanasında görüşdüm. Əhvalı yaxşıdır. Heç nədən şikayəti yoxdur. Dostlara salam göndərdi. Artıq apellyasiya məhkəməsinə hazırlaşır. Fevralın 13-dən sonra məhkəmənin zamanı açıqlanacaq”.

N!DA Vətəndaş Hərəkatının həbsdəki üzvlərinin vəkili Fariz Namazov məhkəmənin bundan sonra hələ 2-3 ay davam edəcəyini bildirdi: “Bu həftəki məhkəmə prosesinə şahidlər gələcək. MTN əməkdaşlarının və hal şahidlərinin gələcəyi gözlənilir. Prosesin hələ nə zaman bitəcəyi məlum deyil. Hələlik ittiham tərəfinin şahidləri dindirilir. Bunlar bitəndən sonra bizim vəsatətlərimiz olacaq. Yəqin ki, məhkəmə 2-3 ay ərzində yekunlaşa bilər”.

Cavanşir ABBASLI  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR