İCTİMAİ PALATANIN KOORDİNASİYA ŞURASI MÜHÜM QƏRARLAR VERDİ
Həmin seçkilərlə əlaqədar olaraq İctimai Palatanın 3 nömrəli Protokolu hazırlandı və Koordinasiya Şurası tərəfindən təklif olunacaq ki, sessiyada qəbul edilsin. Bu Protokolda seçki mexanizmi, prosedurları nəzərdə tutuulur. Eyni zamanda nəzərə alındı ki, yanvarın 6-sı saat 6-ya qədər Koordinasiya Şurasına namizədliyini verən şəxslərin haqqında məlumat hazırlansın, əlifba sırası ilə onların barəsində mətbuatda məlumat verilsin. Hazırda Koordinasiya Şurasına 20-dən artıq namizəd irəli sürülüb. Namizədlərin irəli sürülmə prosesi davam edir. Yanvarın 6-sı saat 6-da yekun siyahı ictimaiyyətə təqdim olunacaq”.
İclasda KŞ üzvlərinin sayının 17-yə qaldırılması barədə də qərar qəbul olunub. Koordinasiya Şurasının hazırkı üzvü Qənimət Zahid namizədliyini geri götürüb. Onun əvəzindən “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyevin namizədliyi irəli sürülüb. Koordinasiya Şurasına dünən daha bir nəfər-politoloq Leyla Əliyeva da namizəd olub.
Ə.Kərimli məlumat verdi ki, sessiyada 2011-ci ilin yekunları və 2012-ci ildə İctimai Palatanın fəaliyyət proqramı haqqında da məsələ müzakirə olunacaq. Bununla əlaqədar Koordinasiya Şurası layihə hazırlayıb və həmin layihə sessiyanın müzakirəsinə veriləcək: “Qərara alındı ki, İctimai Palatanın 2012-ci ildə fəaliyyət planı ictimai-siyasi vəziyyətlə birlikdə müzakirə olunsun”.