“İCTİMAİ PALATANI AMERİKA MALİYYƏLƏŞDİRİR” İDDİASINA CAVAB GƏLDİ
“Bu cür böhtanları yağdıran insanlar hər şeyə öz xarakterlərinə uyğun yanaşırlar. Onlar hamını özləri kimi görürlər. Özləri o qədər ələbaxımlığa öyrəşiblər, maddi təmənnasız heç nə etmədikləri üçün düşünürlər ki, İctimai Palatadakı insanların maddi marağı yoxdursa, niyə orada toplaşıblar. Belə iddiları irəli sürənlər bilsinlər ki, İctimai Palataya toplaşan insanların təmənnası maddi deyil. Biz Azərbaycanda islahatlar olmasını, demokratiya qurulmasını istəyirik. İctimai Palatadakı insanların amalı budur. Hakimiyyətdəkilərin amalı, həyat tərzi isə ancaq pul üzərində qurulub. Onlar pulu bütün dəyərlərdən üstün tuturlar. Ona görə də İctimai Palatanın da guya Amerikadan pul aldığını yazırlar”.
V.Mirkamal qeyd etdi ki, İctimai Palatanın maliyyə ilə bağlı durumu ağırdır: “İctimai Palatanın sessiyalarında üzvlərdən cüzi vəsait toplanır ki, həbsdə olan əqidədaşlarımız üçün istifadə edilsin. Belə bir ağır durumun olduğunu bilə-bilə İctimai Palatanın xaricdən pul aldığını iddia edənlər əxlaqsız, mənəviyyatsız insanlardır. İctimai Palataya Amerika pul versə, üzvlərdən 1-2 manat pul yığılardımı? Heç olmasa məntiqli yazsınlar. Biz diplomatlarla, o cümlədən ABŞ diplomatları ilə görüşəndə söhbət heç vaxt maliyyədən getmir və getməyib. O iddiaları irəli sürənlər təkcə İctimai Palataya deyil, ABŞ-a və beynəlxalq təşkilatlara da böhtan atmış olurlar”.