Android əməliyyat sistemi üzərindən işləyən cihazların sahibləri Bakı metropoliteninin interaktiv xəritəsindən istifadə edə biləcək.
Bu barədə Trend-ə layihənin rəhbəri Şamxal Bayramov deyib.
Onun sözlərinə görə, müvafiq proqramın ilkin versiyası Play Market-də yerləşdirilib.
Şamxal Bayramov həmçinin bildirib ki, hal-hazırda BakuBus tədbiqinin təkmilləşdirilməsi istiqamətində işlər həyata keçirilir.






