İnsanlara hürriyət, millətlərə istiqlal!

İcra hakimiyyəti Sumqayıtın helikopterlərlə dezinfeksiyasına dair məlumatlara münasibət bildirib

896 12.03.2020 19:50 Ölkə A A

Sosial şəbəkələrdə Sumqayıt şəhərinin axşam saatlarında helikopterlər vasitəsilə dezinfeksiya ediləcəyinə dair məlumatlar yayılıb.

Sumqayıt şəhər İcra Hakimiyyətindən APA-nın yerli bürosuna bildirilib ki, sosial şəbəkələrdə yayılmış bu məlumatlar həqiqəti əks etdirmir: "Koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar şəhər ərazisində yerləşən inzibati binalar, məktəb və ali təhsil müəssisələri, xəstəxanalar, bağçalar və yaşayış binaları davamlı şəkildə dezinfeksiya olunur. Şəhərdə fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri də hər günü dezinfeksiya edilir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR