İnsanlara hürriyət, millətlərə istiqlal!

İCRA BAŞÇISININ DƏVƏ OTARANINA “ƏMƏKDAR AQRONOM” ADI VERİLİB

Onun sözlərinə görə, E. Vəliyevin dəvə saxlayanı Kərim Bəşirov əvvəllər Yevlax rayonuna məxsus “28 Aprel” adına damazlıq sovxozunda aqronom işləyib: “Kərim Bəşirov həqiqətən ali təhsili aqronomdur. Sovxozda işlədiyi müddətdə aqronom kimi diqqətəlayiq fəaliyyəti olmayıb. 2004-cü ildə Elmar Vəliyev Yevlaxa rəhbər gəldikdən sonra o, sovxozun yerləşdiyi ərazisində yaradılmış Aranlı bələdiyyəsində icra başçısının dəvələrini bəsləməyə başlayıb. İlk olaraq 12 dəvəyə baxıb. Sonradan dəvələrin sayını 60-a çatdırıb. Kərim Bəşirovun can yandırması Elmar Vəliyevin xoşuna gəlib və elə bu səbəbdən başçının təqdimatı ilə prezident ona ”Əməkdar aqronom" adı verib. Hətta onunla bağlı televiziyada xüsusi veriliş də verilib".
Mənbə əməkdaşımızla söhbətində bildirib ki, hazırda dəvələr Aranlı bələdiyyəsinin ərazisində yerləşən və E. Vəliyevə məxsus “ElK-2004" MMC fermer təsərrüfatında saxlanılır: ”Aranlı bələdiyyəsi Yevlax rayonunun inzibati ərazisinə daxil olsa da, Goranboyun Həmənli, Qırıxlı, Qara Musalı, Qara Primli kəndləri ilə sərhəddir. Son aylar dəvələri bu kəndlərin sakinlərinin təsərrüfatlarına ciddi ziyan vurub. Elmar Vəliyevin qorxusundan səslərini çıxara bilməyən kənd sakinlərin isə yalnız bir yolu qalıb-uzun illər yaşadıqları kəndlərdən köçmək".
Sonda mənbə E.Vəliyevin Aran bələdiyyəsinin ərazisində üçmərtəbəli villa tikdirdiyini də dedi: “Elmar Vəliyev Yevlax rayonunda işlədiyi vaxtlar sökülən tikililərdəki materialları həmin fermer təsərrüfatına daşıtdırıb.”
Şərh yoxdur

XƏBƏR LENTİ

17 Dekabr 2018

BÜTÜN XƏBƏRLƏR