İnsanlara hürriyət, millətlərə istiqlal!

İcra başçısı 700 bal yığan tələbəyə aylıq təqaüd kəsdi (Fotolar)

3569 13.09.2013 14:32 Son xəbər A A

Sentyabrı 13-də Nərimanov Rayon İcra Hakimiyyətində 2013-2014 tədris ilinin başlaması münasibəti ilə təhsil müşavirəsi keçirilib. Müşavirdən öncə yeni yaradılan “1643 Qaynar Xətt”in  təqdimatı keçirilib. Vurğulanıb ki, yaradılan “Qaynar Xətt”in köməyi ilə icra hakimiyyətinə müraciət edən vətəndaşların təklif və şikayəti yerində araşdırılacaq. 


İcra hakimiyyətinin akt zalında təşkil olunan təhsil müşavirəsini giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev bütün təhsil işçilərini qarşıdan gələn “Bilik günü” münasibətilə təbrik edib: “Müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülülüb. Bütün orta təhsil ocaqlarmda internetə qoşulmuş kompüter sinifləri yaradılıb”.

A.Fərzəliyev vurğulayıb ki,  2003-cü ildən 2013-cü ilədək fəaliyyət göstərən 22 tam orta məktəbdən 11892 şagird yerlik 15 məktəb əsaslı təmir olunub, 6 məktəb üçün 97 əlavə sinif otağı tikilib istifadəyə verilib. Onlardan 14 məktəb Dövlət Proqramma müvafiq olaraq əsaslı təmir olunub, 5 məktəbdə ( 45, 82, 178, 258 nömrəli tam orta məktəblər və 43 nömrəli Məktəb-Lisey Kompleksi) əlavə tədris korpusları inşa edilib. Həmçinin Dövlət Proqramma əsasən 28 məktəbəqədər tərbiyə müəssisəsindən 1785 uşaq yerlik 17 uşaq bağçası əsaslı təmir olun 35 saylı musiqi məktəbi əsaslı təmirdən sonra may ayında istifadəyə verilib. Ümumiyyətlə rayon ərazisində fəaliyyət göstərən 4 musiqi məktəbindən hazırda 3-ü əsaslı təmir olunub müasir avadanlıqla təchiz edilib.

İcra başçısı vurğualayıb ki, rayonun tam orta məktəblərini bitirmiş məzunlardan 57 nəfəri 600, 18 nəfəri isə 650-dən artıq, 258 nömrəli tam orta məktəbin məzunu Məhəmməd İsmayılov ali məktəblərə qəbul imtahanında ən yüksək 700 bal toplayıb.  


A.Fərzəliyev söyləyib ki, rayon icra hakimiyyəti Məhəmməd İsmayılovun ailə vəziyyətini nəzərə alaraq hər  ay 200 manat olmaqla ona məvacib kəsiləcək. Eyni zamanda əgər istəyərsə gələcəkdə universiteti bitirdikdən sonra dövlət qulluğuna imtahan verib, rayon icra hakimiyyətində işləməsinə şərait yaradılacaq. Daha sonra tələbə adını qazanmış M. İsmayılov rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Tədbirin sonrunda rayonun ictimai-siyasi həyatında, o cümlədən təhsil sahəsində fərqlənən müəllimlər də rayon icra hakimiyyətinin başçısı tərəfindən mükafatlandırılıb.


Fərahim İLQAROĞLU

Fotolar müəllifindir



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR