Bu gün Musavat.com saytının canlı yayımda "Facebook" və "Youtube" platformalarında həyata keçirdiyi, aparıcı Nərgiz Liftiyevanın təqdimatında baş tutan "Müzakirə Masası” verilişində ölkənin iqtisadi gündəmi, Nazirlər Kabinetinin xaricdən məhsul idxalı ilə bağlı qərarı, bank sektorundakı durum, pandemiya dövründə yardımlar, sentyabrda 190 manatın verilib-verilməməsi, uşaqpulu məsələsi, dövlətin imkanları, yeni açılan biznes obyektlərinə güzəştlər və sair məsələlər müzakirə olunnur.
Hazırda başlayan yayında iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov iştirak edir.
Müzakirədə izləyicilərimiz də iştirak edə bilərlər.
Bunun üçün Musavat.com -un Facebook, ya da Youtube səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatila bilərsiniz.
Youtubedəki səhifəmizin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Facebookdakı səhifəmizin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Musavat.com






