İnsanlara hürriyət, millətlərə istiqlal!

"İcra başçısı dəbdəbəli həyat tərzi sürür" yazan hüquqşünasın həbsi tələb edilir

4170 24.08.2020 22:29 Son xəbər A A

İcra başçısı sosial şəbəkədə onu tənqid edən hüquqşünası məhkəməyə verib.

Musavat.com xəbər verir ki, Balakən sakini, hüquqşünas Fərid Qəribov öz feysbuk səhifəsində status yazıb.

Qəribov statusunda icra başçısı İslam Rzayev haqqında tənqidi fikirlər qeyd edib. O yazıb ki, Balakəndə əhali içməyə su tapmır, amma icra başçısı dəbdəbəli həyat tərzi sürür.

Hüquqşünas yazıb ki, icra başçısının oğlu dövlət işində işləyir, maaşına adekvat olmayan bahalı avtomobil sürür, rayondakı imkansız əhalinin torpaqları ələ keçirilib.

Bundan başqa, Fərid Qəribov qeyd edib ki, rayonda icra başçısı onun haqqında tənqidi fikirlər yazanları hədələyir. Bu fikirlərinə görə icra başçısı onu məhkəməyə verib.

Başçı xüsusi ittiham qaydasında iddia qaldırıb və hüquqşünasın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. F.Qəribov deyir ki, icra başçısı ona xəbərdarlıq da göndərib.

İcra başçısı məhkəməyə təqim etdiyi iddia ərizəsində yazıb ki, Fərid Qəribovun onun haqqında yazdıqları böhtandır. İcra başçısı bununla təhqir olunduğunu qeyd edib və Fərid Qəribovun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

Əgər məhkəmə icra başçısının iddiasını təmin etsə, Fərid Qəribov Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə 2 ilə qədər islah işləri, yaxud 3 ilə qədər azadlığın məhdudlaşdırılması və ya 3 ilə qədər azadlıqdam məhrumetmə və 148-ci maddəsi ilə isə 1000 manatdan 2000 manata qədər cərimə, 240 saatdan 480 saata qədər ictimai işlər, 1 ilə qədər islah işləri, yaxud da 6 aya qədər azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər.

 

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR