İnsanlara hürriyət, millətlərə istiqlal!

ICESCO uşaq əməyinin istismarının qarşısını almağa çağırıb

316 13.06.2022 15:27 Dünya A A

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) beynəlxalq ictimaiyyəti uşaq əməyinin istismarının qarşısının alınması istiqamətində birgə fəaliyyət göstərməyə çağırıb.

Təşkilatın baş ofisindən AZƏRTAC-a daxil olmuş müraciətin mətnində bildirilir ki, 12 İyun – Uşaq Əməyinə Qarşı Mübarizə Günündə azyaşlıların gələcəyinə mənfi təsir göstərən bu problemin həlli üzrə tədbirlər təşkil olunur. Beynəlxalq təşkilatların hesabatlarında göstərilir ki, planetimizdə hər 10 uşaqdan 1-i zorakı əmək istismarına məruz qalır. ICESCO üzv ölkələri cari ildə “Uşaq əməyinin qarşısının alınması üçün universal sosial müdafiə” devizi altında tədbirlər keçirməyə dəvət edir. Təşkilat, həmçinin hökumət strukturlarını, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətlərini, habelə özəl sektoru azyaşlıların əməyinin istismarının qarşısının alınması istiqamətində əməkdaşlığa çağırır. Bu fəaliyyət Beynəlxalq Əmək Təşkilatının uyğun konvensiyaları və Uşaq Hüquqları Konvensiyası çərçivəsində həyata keçirilməlidir.

Müraciətdə təşkilata üzv ölkələrə əmək istismarına məruz qalan uşaqların məktəbə qaytarılması, uşaqlı yoxsul ailələrin sosial müdafiəsinin gücləndirilməsi, distant təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi, silahlı münaqişə zonalarında uşaqların müdafiəsi ilə bağlı daha təsirli tədbirlər görülməsi tövsiyə olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR