İnsanlara hürriyət, millətlərə istiqlal!

“İçərişəhər” Qoruq İdarəsinin rəhbəri içərişəhərli şəhidimizin ailəsini ziyarət etdi

467 16.03.2022 16:13 Ölkə A A

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Novruz bayramı ərəfəsində Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə qovuşmuş İçərişəhər sakini Fərid Əliyevin ailəsini ziyarət edib. Bu barədə Musavat.com-a “İçərişəhər”DTMQİ Mətbuat Xidmətindən məlumat verilib.

Ş.Seyidzadə ailə üzvləri ilə görüş zamanı onların şəhidlə bağlı xatirələrini dinləyib, qayğıları, ehtiyacları ilə yaxından maraqlanıb.
İdarə rəhbərliyi şəhid ailələri və qazilərimizin daim diqqət mərkəzində saxlanıldığını, onların sosial təminatı və yaşayış imkanlarının artırılması istiqamətində bundan sonra da yüksək diqqət və qayğı göstəriləcəyini bildirib.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Musavat.com

bb8a7aff-e31f-457d-ad15-786453098439.jpg (478 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR