İnsanlara hürriyət, millətlərə istiqlal!

“İÇƏRİŞƏHƏR”dən BÖYÜK KÖÇ BAŞLAYIB

2170 12.04.2010 08:39 Ölkə A A
Dünən ərazidə olarkən “İçərişəhər”in Böyük və Kiçik Qala küçələrində yerləşən bir neçə mənzilin söküldüyünün şahidi olduq. Ancaq bəzi evlərdə yaşayış hələ var. Evləri qəzalı vəziyyətdə olan sakinlər çarəsizlikdən hökumətin təklif etdiyi kompensasiya ilə razılaşıb, evlərindən çıxmaq niyyətindədirlər. Bəzi sakinlər isə təhlükəli vəziyyətdə yaşamağa üstünlük verirlər.
Adıçəkilən küçələrdə təmir-tikinti işləri getdiyindən yollar da dağıdılıb. Mənzillərin qapısı önündə taxta parçaları qoyulub ki, sakinlər evlərindən çıxa bilsinlər. Binaların zirzəmilərinə yağış suları dolub, kanalizasiya xətləri işləmir, “lyuk”ların üstünə taxta parçaları atılıb. Mənzillərin qapısı kilidlənib, sakinlərin bir çoxunun köçdüyünü, digər bir qisminin isə hələ də qaldığını öyrəndik.
Maqomayev, Sabir küçələrində də oxşar durumdur. Küçələrdə mənzillərin demək olar ki, hamısı qəzalı vəziyyətdədir. Evlərin bu vəziyyətə düşməsinə orada aparılan qazıntı işlərinin də təsiri olub. Sakinlərin sözlərinə görə, mənzillərin divarlarında çatlar əmələ gəlib və evlərini təmir etdirməyə imkanları yoxdur. Odur ki, əksər sakinlər 2500 manat kompensasiya alıb, evlərindən çıxmağa razılıq veriblər. Onların arasında beh götürüb evini tərk edənlər də var.
Xatırladaq ki, burada böyük köç prosesinə məhz dövlət başçısının “İçərişəhər” Dövlət Qoruğunda qəzalı vəziyyətdə olan və tarixi əhəmiyyət daşımayan binaların sökülməsi barədə sərəncamından sonra başlanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR